Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Ruslar indi də Azərbaycana gəlir

Ruslar indi də Azərbaycana gəlir

Date: 2 December 2015 20:51

Rusiya əhalisinin xaricə kütləvi tələbatı iki dəfə aşağı düşüb, eksklüziv turların seqmenti daha az zərər çəkib.

ANS PRESS-in məlumatına görə, bu barədə keçirdiyi mətbuat konfransında Rusiya turizm nümayəndələri bildiriblər.

2015-ci ildə kütləvi şəkildə xaricə tələbat 30-50% azalıb, bahalı fərdi turlar daha az zərər çəkiblər.

"Bəzi şirkətlər bildirirlər ki, xaricə kütləvi səfərlərin tələbatı 30% düşüb. Müəyyən şirkətlər isə bildirirlər ki, tələbat 50-60% azalıb. Əsas səbəb iqtisadiyyatla bağlıdır. İnsanlar qənaət edirlər, bilet satışlar praktiki olaraq yoxdur. Noyabrda hələ dekabrın ortaları üçün səfərlərin biletlərini satırdılar”, - deyə Rusiya səyahət sənayesi ittifaqının mətbuat katibi İrina Tyurina bildirib.


İrina Tyurina

O qeyd edib ki, 2013-cü ilə müqayisədə oktyabrın sonunda Avropaya tələbat nisbətən sabitləşməyə başladı, ancaq Sinay üzərində aviaqəza, Parisdə terror aktları və Türkiyəyə turların satışlarının bağlanması vəziyəti qəlizləşdirib. Bununla belə, Tyurinanın sözlərinə görə, tur operatorlar İtaliyaya, yeni il üçün Finlandiya və Avropaya xüsusən Macarıstana yüksək tələbat olduğunu qeyd edir. Həmçinin MDB ölkələrinin məşhurluğu artır. Məsələn Azərbaycan, Özbəkistan, Tacikistan və Ermənistana getmək istəyənlər daha çoxdur.

"Misir və Türkiyə əvəzinə artıq İordaniya, BƏƏ, İsrail kimi ölkələrə daha çox turların təşkili üçün işlər gedir. Həmçinin post-sovet ölkələrinə böyük maraq var", - deyə "Karlson Turizm" şirkətinin baş direktoru Yekaterina Fyodorova qeyd edib.




Azərbaycan turizm sektoru xəritədə

Türkiyə rusların ən çox seçdiyi ikinci ölkə idi. Hətta Rusiyadan gələn turist axınının 50% azalması ölkə ÜDM-nin artmasını 0,3 bənd zəiflədəcək. Əgər 2016-cı ildə Rusiya turistləri Türkiyəyə getməsə, türklər 3 milyard dollar itirəcəklər.

Tags:  Ruslar indi Azərbaycana gəlir


RƏYLƏR


Top news