Qurban Qurbanov: "Bizim üçün faydası çox oldu”

Qurban Qurbanov: "Bizim üçün faydası çox oldu”
20:52 2 Dekabr 2015
59 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" Azərbaycan Kubokunun 1/4 final mərhələsinə çıхıb. Fanat.az хəbər verir ki, Ağdam klubu 1/8 finalda I divizion təmsilçisi "Şəmkir"i 2:0 hesabı ilə yenib.

Hesabı 72-ci dəqiqədə Cavid Tağıyev açıb. 83-cü dəqiqədə isə Samuel Armenteros fxərqlənib. 

Oyundan sonra baş məşqçilər fikirlərini bildirib.

Kamran Əlibabayev (“Şəmkir”in baş məşqçisi): “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edir, onlara uğurlar arzu edirəm. Futbolçularımdan narazı deyiləm. Bizim ilk hissədə qol vurmaq üçün şanslarımız oldu, amma bunlardan istifadə edə bilmədik”. 

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Şəmkir”lə görüşdən sonra düşündüm ki, biz I Diviziona daha çox diqqət ayırmalıyıq. Açığı, rəqibin oyununa baxmışdıq, onları təhlil etmişik. Amma istənilən halda futbolçuları belə bir oyuna kökləmək çətindir. Hesab edirəm ki, “Şəmkir” bizə çox çətinlik yaratdı. Bütün bunlara baxmayaraq, qələbə qazandıq, bu münasibətlə futbolçuları və azarkeşləri təqdim edirəm. Sıx qrafikimiz var, həm çempionat həm də avrokubok matçına hazırlaşmalıyıq. “Şəmkir”lə görüşün bizim üçün faydası çox oldu”. 

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qurban-qurbanov-quotbizim-ucun-faydas-cox-oldu-t45890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR