Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Çelsi"nin 600 milyonluq planı klubu 3 il stadionsuz qoyacaq

"Çelsi"nin 600 milyonluq planı klubu 3 il stadionsuz qoyacaq

Date: 2 December 2015 20:57

"Çelsi" ev oyunlarını keçirdiyi "Stemford Bric" stadionunun genişləndirilməsi planını təqdim edib. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun saytının verdiyi məlumatda, layihəyə uyğun olaraq arenada oturacaq yerlərinin sayı 41,6 mindən 60 minə qədər artırılacağı bildirilib.
Azarkeşlərin stadiondan çıxışını təkmilləşdirmək, həmçinin ən yaxın metro stansiyasından "Stemford Bric"ə girişi sadələşdirmək planlaşdırılır. London klubu 2016-cı ilin yayına kimi yerli hakimiyyətdən tikintiyə icazə almaq niyyətindədi. Yenidənqurma işləri 2020-ci ilə qədər tamamlanacağı planlaşdırılır. Bu səbəbdən, "Çelsi" 2017/18 mövsümdən başlayaraq üç il başqa stadionda oynamaq məcburiyyətindədi. Bu stdaionun "Uembli" olma ehtimalı böyükdür.
Stadionun rekonstruksiya işləri ən azı 600 milyon funta başa gələcəyi bildirilir.

Milli.Az


Tags:  Çelsinin 600 milyonluq planı klubu il stadionsuz qoyacaq

RƏYLƏR


Top news