Meksika səfiri Beynəlxalq Muğam Mərkəzinin direktoru ilə görüşüb

Meksika səfiri Beynəlxalq Muğam Mərkəzinin direktoru ilə görüşüb
21:03 2 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də Meksikanın ölkəmizdəki səfiri Xuan Rodrigo Labardini Flores Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynovla görüşüb.
Meksika səfirliyindən AZƏRTAC-a bildirilib ki, Meksika ilə Azərbaycan arasında əlaqələrin inkişafı məqsədilə keçirilən görüşdə mədəni sahədə əməkdaşlığın müxtəlif aspekt və perspektivləri barədə danışılıb. Səfir hər iki xalqın qarşılıqlı yaxınlaşmasına xidmət edən mədəniyyətlərimizin oxşarlığından söhbət açıb. Xalqlarımızın milli musiqisi olan – muğam və mariaçinin UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edildiyi vurğulanıb.
M.Hüseynov Azərbaycan tamaşaçısının Meksikanın zəngin mədəniyyətinə olan marağından və bu ölkənin dünyada tutduğu yerdən danışıb.
Tərəflər birgə tədbirlərin reallaşdırılmasına dair fikir mübadiləsi aparıb, əməkdaşlığın möhkəmlənməsi ilə bağlı arzularını ifadə ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Meksika_sefiri_Beynelxalq_Mugam_Merkezinin_direktoru_ile_gorusub-907711

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR