Bakı, 2 dekabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan kuboku yarışının səkkizdəbir final mərhələsinin birinci günündə - dekabrın 2-də altı qarşılaşma keçirilib.
AZƏRTAC xəbər verir ki, məhsuldarlığı ilə seçilən oyunlarında qapılara ümumilikdə 19 qol vurulub. Altı oyunun üçündə qonaqlar, qalan görüşlərdə isə ev sahibləri qalib gəlib.
“Turan Tovuz” komandası “İnter” ilə görüşdən məğlub ayrılıb - 1:3. “Neftçala” “Sumqayıt”a 0:1 hesabı ilə məğlub olub. AZAL – “Zirə” oyunu 1:2 hesabı ilə başa çatıb. “Xəzər Lənkəran” komandası “Kəpəz” üzərində qələbə qazanıb - 1:0. “Neftçi” futbolçuları “Qaradağ-Lökbatan” komandasını 8:0 hesabı ilə darmadağın ediblər. Topaz Premyer Liqasının lideri olan “Qarabağ” isə “Şəmkir” komandasının qapısından iki cavabsız top keçirib.
Bir oyundan ibarət olan mərhələnin qalibi birbaşa dörddəbir finala vəsiqə qazanır.
Səkkizdəbir final mərhələsinə dekabrın 3-də keçiriləcək “Qəbələ” – “Mil-Muğan” və “Rəvan” – “Bakı” oyunları ilə yekun vurulacaq.