DİN: Nardaran istisna olmaqla, Azərbaycanın hər yerində əmin-amanlıqdır

DİN: Nardaran istisna olmaqla, Azərbaycanın hər yerində əmin-amanlıqdır
21:38 2 Dekabr 2015
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Nardaran istisna olmaqla, Azərbaycanın hər yerində əmin-amanlıqdır.

Nazir bildirib ki, vətəndaşlarımız adi qaydada yaşayırlar, hər yerə sərbəst hərəkət edirlər və ölkəmiz üçün, vətəndaşlarımız üçün heç bir təhlükə gözlənilmir: "Bildirmək istəyirəm ki, bura gələn əcnəbilər də, iş adamları da tam təhlükəsiz şəraitdə, necə ki, indiyə kimi yaşayıb, fəaliyyət göstəriblər, bu gündən sonra da belə fəaliyyət göstərə bilərlər. Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan, qurulan bu əmin-amanlıq, bu siyasi sabitlik, ictimai sabitlik bu gün də cənab Prezidentimiz İlham Əliyev tərəfindən çox uğurla davam etidirlir".

R.Usubov fürsətdən istifadə edərək bütün Azərbaycan ictimaiyyətinə təşəkkür edib: "Bütün Azərbaycan ictimaiyyətinə təşəkkürümü bildirirəm ki, Nardaran hadisələrində dövlətin, dövlətçiliyin mövqeyində durdular, onu dəstəklədilər və bu gün də dəstəkləyirlər".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2464295.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR