Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

DİN: Nardaran istisna olmaqla, Azərbaycanın hər yerində əmin-amanlıqdır

DİN: Nardaran istisna olmaqla, Azərbaycanın hər yerində əmin-amanlıqdır

Date: 2 December 2015 21:57

Bu gün Nardaran istisna olmaqla, Azərbaycanın hər yerində əmin-amanlıqdır. Milli.Az Trend-ə istinadən bildirir ki, bunu AzTV-yə müsahibəsində daxili işlər naziri Ramil Usubov deyib.

Nazir bildirib ki, vətəndaşlarımız adi qaydada yaşayırlar, hər yerə sərbəst hərəkət edirlər və ölkəmiz üçün, vətəndaşlarımız üçün heç bir təhlükə gözlənilmir: "Bildirmək istəyirəm ki, bura gələn əcnəbilər də, iş adamları da tam təhlükəsiz şəraitdə, necə ki, indiyə kimi yaşayıb, fəaliyyət göstəriblər, bu gündən sonra da belə fəaliyyət göstərə bilərlər. Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan, qurulan bu əmin-amanlıq, bu siyasi və ictimai sabitlik bu gün də cənab Prezidentimiz İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir".

R.Usubov fürsətdən istifadə edərək Azərbaycan ictimaiyyətinə təşəkkür edib: "Bütün Azərbaycan ictimaiyyətinə təşəkkürümü bildirirəm ki, Nardaran hadisələrində dövlətin, dövlətçiliyin mövqeyində durdular, onu dəstəklədilər və bu gün də dəstəkləyirlər".

Milli.Az


Tags:  DİN Nardaran istisna olmaqla Azərbaycanın hər yerində əmin-amanlıqdır


RƏYLƏR


Top news