Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Səfir ADU-da “Norveçin siyasi sistemi” mövzusunda mühazirə oxuyub

​Səfir ADU-da “Norveçin siyasi sistemi” mövzusunda mühazirə oxuyub

Date: 2 December 2015 22:07

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) bu təhsil müəssisənin Skandinaviya mərkəzinin təşkilatçılığı ilə Norveçin Azərbaycandakı səfiri Bard İvar Svedsen “Norveçin siyasi sistemi” mövzusunda mühazirə oxuyub.
ADU-dan "Report"a verilən məlumata görə, tədbirdə çıxış edən Skandinaviya mərkəzinin baş mütəxəssisi Vüsalə Əfəndiyeva Bard İvar Svedsenin ötən həftə də universitetdə Norveçə məxsus “Şpitsberqen (Svalbard) adlarının hüququ statusu, iqtisadiyyatı, bu günü” mövzusunda mühazirə oxuduğunu xatırladıb. Vüsalə Əfəndiyeva belə mühazirələrin tələbələrin gələcək inkişafında faydalı olduğunu da sözlərinə əlavə edib.
Səfir Bard İvar Svedsen Norveçin siyasi sistemi haqqında danışaraq iştirakçılara konstitusiya haqqında da ətraflı məlumat verib. Səfir Norveç Konstitusiyasının 1814-cü il mayın 17-də Akershus quberniyasının Eydsvol şəhərciyində qəbul edildiyini və bu günədək də qüvvədə olduğunu qeyd edib. O, hər il bu günün Norveç xalqı tərəfindən təntənə ilə qeyd olunduğunu bildirib. Həmçinin, Norveç parlamentindən danışan səfir parlamentin 169 üzvü olduğunu vurğulayıb. Səfir Norveçin vergi sistemi haqqında da məlumat verib. O, Norveçdə təhsil, səhiyyə xərclərinin dövlət tərəfindən ödəndiyini sözlərinə əlavə edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.



Tags:  Səfir ADU-da Norveçin siyasi sistemi mövzusunda mühazirə oxuyub

RƏYLƏR


Top news