Kredit alanlara sosial yardım verilmir - VİDEO

Kredit alanlara sosial yardım verilmir - VİDEO
22:12 2 Dekabr 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

Kredit alanlara maddi təminatları aşağı olsa belə ünvanlı sosial yardım verilmir. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bu Nazirlər Kabinetinin ünvanlı sosial yardım verilməsi ilə bağlı qaydalarında öz əksini tapıb. Ancaq bu vəziyyətlə üzləşənlər müəyyən tələblərə əməl etməklə ünvanlı sosial yardım almaq hüququ əldə edə bilərlər.

İnsanların əksəriyyəti kredit aldığı halda ona ünvanlı sosial yardımın verilməyəcəyindən ya xəbərsizdir, ya da tam məlumatlı deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini İlqar Rəhimov Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara görə kreditin ünvanlı sosial yardımdan imtinaya səbəb olduğunu deyir.

Ancaq bu o demək deyil ki, kredit alanlar heç vaxt ünvanlı sosial yardım ala bilməz. Banklardan kredit alanların ünvanlı sosial yardım almaqdan məhrum edilməsinin əslində önəmli səbəbləri var. İqtisadçı-ekspertlər bildirir ki, bu qadağa ünvanlı yardım alarkən sui-istifadə hallarının qarşısını almağa hesablanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR