Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avtomobil aşıb, xəsarət alan var

Avtomobil aşıb, xəsarət alan var

Date: 2 December 2015 22:22

Bu gün axşam saatlarında Siyəzən rayonunu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 68-ci km-də, Siyəzən rayonunun Giləzi qəsəbəsi ərazisində qeydə alınıb.

1959-cu il təvəllüdlü Bakı şəhər sakini Musayev Nazir Əhəd oğlunun idarə etdiyi 99 GC 632 dövlət nömrə nişanlı "Opel" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü N.Musayev müxtəlif dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Yaralının vəziyyəti orta-ağırdır.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Tags:  Avtomobil aşıb xəsarət alan var

RƏYLƏR


Top news