Azərbaycan və Almaniya arasında ticarət və investisiya əlaqələri müzakirə edilib

Azərbaycan və Almaniya arasında ticarət və investisiya əlaqələri müzakirə edilib
22:27 2 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ “Alman-Azərbaycan Forumu”, “Almaniya İqtisadiyyatının Şərq Komitəsi”, Şimali Reyn-Vestfaliya torpağının “NRW.INVEST” investisiya şirkəti, Şimali Reyn-Vestfaliya Ticarət və Sənaye Palatasının və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Almaniyanın Şimali Reyn-Vestfaliya federal torpağının paytaxtı Düsseldorf şəhərində “Azərbaycan iqtisadi və investisiya tərəfdaşı kimi” adlı konfrans keçirilib. 
Səfirlikdən "Report"a verilən məlumata görə, konfransda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi SəfərovAzərbaycan iqtisadiyyatı barədə məlumat verib, ölkəmizdə makroiqtisadi sabitliyin təmin edildiyini, əlverişli biznes və investisiya mühiti formalaşdığını, ölkədə investorlar üçün əlverişli şərait yaradıldığını vurğulayıb. Konfransda Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynadığı, ölkəmizin bu istiqamətdə həyata keçirilən layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu diqqətə çatdırılıb. Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini qeyd edən nazir müavini Azərbaycanın Almaniya ilə əczaçılıq, maşınqayırma və kimya sənayesi sahələrində əməkdaşlıqda maraqlı olduğunu bildirib, Almaniyanın aparıcı şirkətlərini daha sıx əməkdaşlığa dəvət edib, bu istiqamətdə lazımi dəstəyin göstəriləcəyini vurğulayıb.
“Alman-Azərbaycan Forumu”nun idarə heyətinin sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer Azərbaycanın Almaniya iqtisadiyyatı üçün əhəmiyyətli tərəfdaş olduğunu vurğulayıb, ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu qeyd edib.
Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov bildirib ki, dünyadakı mənfi sosial-iqtisadi proseslərə, bir çox ölkələrin ciddi iqtisadi, maliyyə və sosial problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı bu mənfi təsirlərə qarşı yüksək dayanıqlıq nümayiş etdirir. Azərbaycan və Almaniya arasında ticarət və investisiya əlaqələrinin mövcud vəziyyəti barədə məlumat verən Pərviz Şahbazov dövlət başçısının bu il Almaniyaya iki səfərin ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Şimali Reyn-Vestfaliyafederal torpağının İqtisadiyyat Nazirliyinin dövlət katibi Qünter Horsetski Şimali Reyn-Vestfaliya federal torpağının şirkətlərinin Azərbaycandakı dinamik inkişafdan yararlandıqlarını, 2014-cü ildə Azərbaycana 118 milyon avro dəyərində məhsul ixrac etdikləriniqeyd edib. Alman dövlət katibi bildirib ki, Şimali Reyn-Vestfaliyanın “e.ON” enerji şirkəti Azərbaycan bazarının iştirakçısıdır və regionda SOCAR-la birgə layihələr həyata keçirir. Dövlət katibi Qünter Horsetski təmsil etdiyi federal torpağın Azərbaycanla ölkənin iqtisadi potensialından səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişlənməsinin iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırıb.
Konfransda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi Zaur Qardaşov Azərbaycanda investisiya mühitinə dair təqdimatla çıxış edib.
Tədbirdə həmçinin “Alman İqtisadiyyatının Şərq Komitəsi”nin icraçı direktoru prof.RaynerLintner, təşkilatın regional direktoru Martin Hoffmann, Dortmund Ticarət və Sənaye Palatasının direktor müavini Vulf-Kristian Erix və SOCAR-ın Almaniyadakı nümayəndəliyinin direktor müavini İbrahim Əhmədov çıxış edib.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Kurtlar Vadisi"nə daha bir rəqib - Türk telekanallarında bir ilk - VİDEO

24 İyul 2017 16:37

Avtomobillərdən telefon, pul və digər əşyalar oğurlayan dəstənin üzvləri tutulub - FOTO

24 İyul 2017 16:37

“Gartner”: “Proqram təminatı istehsalçıları məhsullarda süni intellektin imkanlarını şişirdirlər”

24 İyul 2017 16:35

“Paint” redaktorunun dəstəklənməsi dayandırılacaq

24 İyul 2017 16:35

ABŞ Əfqanıstana aviazərbələr endirdi

24 İyul 2017 16:34

Prezident İlham Əliyevin mətbuata qayğısı: yazmaq üçün yaradılan şərait

24 İyul 2017 16:33

Mesut Özil və Amine Gülşe toya hazırlaşır - FOTO

24 İyul 2017 16:32

Maliyyə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin siyahısı dəyişdirilib

24 İyul 2017 16:32

Soyuqdəyməni 3 günə aradan qaldıran ən təsirli vasitə

24 İyul 2017 16:32

Baş Prokurorluq və DİN Bərdədə baş vermiş dəhşətli hadisə ilə bağlı birgə məlumat yayıb

24 İyul 2017 16:27

İƏT XİN rəhbərləri İstanbulda toplaşacaq

24 İyul 2017 16:27

Bakıda dəniz limanındakı faciə ilə bağlı cinayət işi açıldı

24 İyul 2017 16:27

Vakant müəllim yerlərinin YEKUN SAYI

24 İyul 2017 16:24

Polşada aksiyalar: Prezident yeni qanuna veto qoydu

24 İyul 2017 16:23

Macarıstan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir - FOTO

24 İyul 2017 16:22

Tovuzda ağır yol qəzası olub, ölən və yaralananlar var

24 İyul 2017 16:22

AMEA İnstitutunun fəaliyyətinin nəticələri illik hesabatlarda düzgün əks etdirilməyib

24 İyul 2017 16:22

Rusiya qoşunları Bakı-Supsa kəmərinin bir hissəsini zəbt etdilər

24 İyul 2017 16:20

İnsultdan bir ay əvvəl bədəndə gedən proseslər - Onlara etinasızlıq göstərməyin!

24 İyul 2017 16:18

İstanbul metrosunda həyəcanlı anlar: Sərnişinlər qatarlardan boşaldıldı...

24 İyul 2017 16:17

Ölkəni tərk etdiyi deyilən aktrisa əsəbiləşdi: "Məndən şou düzəltməyin" - FOTO

24 İyul 2017 16:17

AMEA-nın vəzifəli şəxsinin mənzilindən 29 ay müddətində külli məbləğdə pul oğurlanıb

24 İyul 2017 16:17

Jurnalistlər velosiped yarışına çıxdılar - FOTO

24 İyul 2017 16:17

Yanacaqdoldurma məntəqələrində yeni ödəniş sistemi tətbiq ediləcək

24 İyul 2017 16:14

Arvadları başqa kişilərlə gəzən dövlət başçısı: MƏŞUQLARI TAPDI və... - Ağlagəlməz OLAY (FOTO)

24 İyul 2017 16:13

"Başakşəhər"in ilk sınağı, azərbaycanlı hakimlər Buxarestdə

24 İyul 2017 16:12

Azərbaycanda yanacaqdoldurma məntəqələrində YENİLİK

24 İyul 2017 16:12

Bakının “İnter” klubu baş məşqçi Zaur Svanadze ilə yeni müqavilə bağlayacaq

24 İyul 2017 16:12

Bakıda parkda ağacları kəsib, yerində kafe salırlar - FOTO

24 İyul 2017 16:12

Günün kösöv etdiyi fəhlələr: Onların hüquqları necə qorunur?

24 İyul 2017 16:10

İsveçrədə dəhşət: "Loqonda" ilə insanlara hücum etdi - VİDEO

24 İyul 2017 16:08

Mətbuat Şurası Azərbaycan prezidentinə məktub ünvanlayıb

24 İyul 2017 16:08

İntim fantaziyası ölümünə səbəb oldu - FOTO

24 İyul 2017 16:05

Mərhum aktyorun məzar daşı üçün yazdığı vəsiyyəti ortaya çıxdı - FOTO

24 İyul 2017 16:05

"Çocuklar duymasın"dan möhtəşəm dönüş - Reytinq

24 İyul 2017 16:05

Telefonunuz gec şarj olursa

24 İyul 2017 16:00

15 yaşlı gəncin meyiti Kürdən tapıldı

24 İyul 2017 15:57

“Qəbələ”də yeni müqavilə

24 İyul 2017 15:57

Vəkil: "Lapşinin ekstradisiyası hələlik mümkün deyil"

24 İyul 2017 15:52

Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanladı

24 İyul 2017 15:52

Kamran Ağayev Çexiyadadır

24 İyul 2017 15:52

İsrail Türkiyədəki təmsilçiliklərini bağlayıb

24 İyul 2017 15:47

"Atılıb-düşürlər ki, film çəkmişik" - Çingizdən gənclərə irad

24 İyul 2017 15:47

Fatih Terimə ağır sözlər: "Qürurunla istefa ver"

24 İyul 2017 15:47

İƏT XİN rəhbərləri İstanbulda toplaşacaq

24 İyul 2017 15:46

Kiyevdə son 137 ilin ən isti gecəsi qeydə alınıb

24 İyul 2017 15:45

Neymara müjdə: Sentyabrda...

24 İyul 2017 15:44

Soda, yoxsa qabartma tozu?! - BU BİLGİ ÇOX KÖMƏYİNİZ OLACAQ

24 İyul 2017 15:43

Dənizdən cansız bədəni çıxarılan adam xəstəxanada dirildi - VİDEO - FOTO

24 İyul 2017 15:42

Azərbaycanlı idmançı iki erməniyə qalib gəldi - VİDEO - FOTO

24 İyul 2017 15:42