Yaponiya şahzadəsi Mikasa 100 illik yubileyini qeyd edib

Yaponiya şahzadəsi Mikasa 100 illik yubileyini qeyd edib
22:27 2 Dekabr 2015
58 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Yaponiya imperatoru Akihitonun əmisi şahzadə Mikasa çərşənbə günü yüzillik yubileyini qeyd edib.
"Report" "Kiodo" agentliyinə istinadən xəbər verir ki, imperator ailəsinin ən böyük üzvü olan şahzadə Mikasa artıq üçüncü imperator dövründə yaşayır.
Şahzadə Mikasa 1915-ci il dekabrın 2-də dünyaya gəlib və Tayse imperatorunun dördüncü oğlu olub. O, Şərq tarixi üzrə mütəxəssis kimi tanınır və Yaponiya Yaxın Şərq Mədəniyyəti Mərkəzinin və "Yaponiya-Türkiyə" Cəmiyyətinin fəxri prezidentidir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/yaponiya-sahzadesi-mikasa-100-illik-yubiley

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR