Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İrəvanda mitinq keçirilir

İrəvanda  mitinq keçirilir

Date: 2 December 2015 22:37

Ermənistanın paytaxtı İrəvanda konstitusiya islahatlarının əleyhinə növbəti yürüş keçirilir.

APA-nın "News.am"-a istinadən verdiyi məlumata görə, yürüş iştirakçıları Mərkəzi Seçki Komissiyasının binasına çatıblar.
 
Etirazçılar Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan və prezident Serj Sarkisyanın istefasını tələb edirlər.
 
Polis MSK binasını əhatəyə alıb. Qeyd olunur ki, yürüşün marşrutunun buradan keçməsi əvvəlcədən razılaşdırılmayıb. Polis nümayəndələri bununla bağlı  yürüş iştirakçılarına xəbərdarlıq edib.

Milli.Az


Tags:  İrəvanda mitinq keçirilir


RƏYLƏR


Top news