Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzində təkmilləşdirmə kursu keçirilib

Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzində təkmilləşdirmə kursu keçirilib

Date: 2 December 2015 23:02

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzində Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsinin sifarişinə uyğun olaraq 10 nəfər 4-cü dərəcəli dalğıca təkmilləşdirmə kursu keçirilib.
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, kursda minimum 1000 saat sualtı iş stajı olan dalğıclar iştirak ediblər.
Kurs müddətində İMCA standartlarına və “Dalğıc işlərində əməyin təhlükəsizliyi üzrə vahid qaydalar”ın tələblərinə uyğun olaraq Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinin uzunmüddətli iş stajı olan təcrübəli və beynəlxalq sertifikatlara malik dalğıc mütəxəssisləri tərəfindən dalğıc işlərinin təhlükəsiz təşkili, dalğıc ləvazimatlarının düzgün istismarı və saxlanılması, qəzalar zamanı dekompressiya rejimlərinin düzgün seçilməsi, dalğıc peşə xəstəlikləri zamanı ilk tibbi yardımın göstərilməsi, rekompressiya rejimlərinin düzgün tətbiqi, dalğıc enmə rəhbərinin vəzifə borcları, xilasedici və axtarış dalğıc işlərinin icrası, su sahəsinin müayinəsi və təmizlənməsi, batmış obyektlərin və hidrotexniki qurğuların sualtı hissəsinin yoxlanılması, panton və takelaj ləvazimatlarından istifadə etməklə takelaj işlərinin icrası, elmi tədqiqat işlərinə yardım göstərilməsi və icra edilməsi, su yollarının, kanallarının və hidrotexniki qurğuların sualtı hissələrinin cari təmiri, texniki qulluğu, kabel boru xətlərinə texniki qulluğun göstərilməsi, hidrotexniki qurğuların sualtı hissəsinin tikintisi və təmiri, kabel və boru xətlərinin çəkilişi zamanı işlərin icrası, sualtı gəmi təmiri işləri, neft-qaz istehsalı sahələrində müxtəlif sualtı işlərin icrası, çətin, mürəkkəb hidrotexniki və gəmiqaldırma işləri, ixtisaslaşmış dalğıc işlərinin icrası, dalğıc enmələrinə rəhbərlik mövzuları tədris olunub.
Kursun son günlərində təlim ixtisas enmələri icra olunub. Nəzəri və praktiki biliklərin yoxlanılmasına dair imtahandan müvəffəqiyyətlə keçmiş I və II ixtisas qrupu üzrə 4-cü dərəcəli dalğıclara Dalğıc İxtisas Komissiyasının qərarına əsasən “I və II ixtisas qrupu üzrə 5-ci dərəcəli dalğıc” ixtisası verilib.





Tags:  Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzində təkmilləşdirmə kursu keçirilib

RƏYLƏR


Top news