"Borussiya Dortmund"un icraçı direktoru Hans-Yoahim Vatzke komandanın keçmiş çalışdırıcısı Yurqen Klopp barədə danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Vatzke alman məşqçinin Dortmund klubundan oyunçu istəmək ehtimalına da nəzər salıb.
"Borussiya"nın Yurqenlə çox yaxşı münasibətləri var. Fikrimcə, nə vaxtsa oyunçularımızdan birinə maraq göstərsə, narazılıq olmaz. Klopp ilk öncə bizimlə əlaqə saxlayar. Kloppa görə şadam. Bir qədər gözlənilməz perioddan sonra onun komandada işləri qaydasında gedir. Bunu gözləmirdim. Komandaya öz fəlsəfəsini gətirmək üçün vaxta ehtiyacı olduğunu düşünürdüm".
Milli.Az