Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Neftçi"dən darmadağın şousu: 8:0

"Neftçi"dən darmadağın şousu: 8:0

Date: 2 December 2015 23:06

Bu gün 6 oyunla Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.

ANS PRESS-in məlumatına görə, artıq 4 qarşılaşma yekunlaşıb.

"İnter" Tovuzda "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub edib. "Sumqayıt" səfərdə "Neftçala"ya qalib gəlib - 1:0. Premyer Liqa klublarının - AZAL-la "Zirə"nin oyununda ikincilər 2:1 hesablı qələbəyə sevinib. "Xəzər Lənkəran" doğma meydanda "Kəpəz"i minimal hesabla üstələyib - 1:0.

"Neftçi" Premyer Liqadakı uğursuz çıхışın əvəzini "Qaradağ-Lökbatan"dan çıхıb. Paytaхt klubu I divizion təmsilçisini 8:0 hesabı ilə yenib. Premyer Liqanın lideri "Qarabağ" isə "Şəmkir"dən üstün olub - 2:0.


"Xəzər Lənkəran" klubu

Bu nəticələrdən sonra "İnter", "Sumqayıt", "Zirə", "Xəzər Lənkəran", "Neftşi" və "Qarabağ" 1/4 finala çıхıb. Qeyd edək ki, mərhələnin son iki oyunu sabah baş tutacaq. "Qəbələ" "Mil-Muğan"ı, "Rəvan" "Bakı"nı qəbul edəcək. Azərbaycan Kubokunun 1/16 və 1/8 final mərhələlərində qaliblər bir, 1/4 və 1/2 final mərhələlərində iki oyunun nəticəsinə görə müəyyənləşir.

Azərbaycan Kuboku
1/8 final

2 dekabr
Turan Tovuz - İnter 1:3
Qollar: Azər Məmmədov, 15 - Səbayel Bağırov, 5 (avtoqol). Laşa Kasradze, 24. Abbas Hüseynov, 27.

Neftçala - Sumqayıt 0:1
Qol: Pərdis Fərcad-Azad, 90.

AZAL - Zirə 1:2
Qollar: Aleksandr Quruli, 90+2 - Nelson Bonilla, 30; 87.

Xəzər Lənkəran - Kəpəz 1:0
Qol: Kamran Abdullazadə, 14.

Qarabağ - Şəmkir 2:0
Qollar: Cavid Tağıyev, 72. Samuel Armenteros, 83.

Neftçi - Qaradağ-Lökbatan 8:0
Qollar: Kaue da Silva, 5. Rəhman Hacıyev, 19. Elşən Abdullayev, 32; 62. Ruslan Qurbanov, 34; 52. Cavid İmamverdiyev, 36. Məhəmməd Qurbanov, 84.

3 dekabr (cümə axşamı)

20:00. "Rəvan” – "Bakı”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Emin Nağıbəyov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Rövşən Əhmədov
"Bayıl Arena”, 20:00

17:00."Qəbələ" – "Mil-Muğan”
Hakimlər: Orxan Məmmədov, Kamran Bayramov, Coşqun Həsənov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu, 17:00

Tags:  Neftçidən darmadağın şousu 80

RƏYLƏR


Top news