Gənclərin milli mənəvi dəyərlərimizə bağlılığı mövzusunda müzakirələr aparılıb

Gənclərin milli mənəvi dəyərlərimizə bağlılığı mövzusunda müzakirələr aparılıb
23:08 2 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına əsasən Sabunçu rayonundakı Bakı şəhər sənaye və pedaqoji kollecində “Milli mənəvi dəyərlərimiz: Tarix, varislik və müasirlik” mövzusunda tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildiriblər ki, görüşdə mövzunun aktuallığından danışılıb, gənclərin maarifləndirilməsində, milli mənəvi dəyərlərimizə bağlılığın möhkəmləndirilməsində belə tədbirlərin əhəmiyyəti xüsusi vurğulanıb.
Tədbirdə “Milli mənəvi dəyərlərimiz: varislik və müasirlik” mövzusunda məruzə dinlənilib.
Çıxışlarda radikal dini qruplaşmaların dövlətçilik əleyhinə cəhdləri və onların qarşısının alınmasının vacibliyindən, milli kimliyin formalaşmasında milli mənəvi dəyərlərin rolundan söhbət açılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genclerin_milli_menevi_deyerlerimize_bagliligi_movzusunda_muzakireler_aparilib-907729

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR