Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

TQDK imtahan keçirəcək

TQDK imtahan keçirəcək

Date: 2 December 2015 23:27

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dekabrın 5-də növbəti SAT imtahanını keçirəcək.

Milli.Az "qafqazinfo"ya istinadən bildirir ki, imtahan saat 8.30-da bu qurumun Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələr nəzərə alınmayaraq). İmtahanda iştirak edəcək şəxslər saat 7.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar, əks halda test mərkəzinə buraxılmayacaqlar.

İmtahanın nəticələri dekabrın 23-də imtahanda iştirak edənlərin "College Board"un internet səhifəsindəki şəxsi hesabında açıqlanacaq.

SAT imtahanı haqqında ətraflı məlumatı TQDK-nın rəsmi internet saytında əldə etmək olar.

Milli.Az


Tags:  TQDK imtahan keçirəcək


RƏYLƏR


Top news