Əhməd Davudoğlu: “Cavab tədbirləri hazırlayırıq ”

Əhməd Davudoğlu: “Cavab tədbirləri hazırlayırıq ”
23:29 2 Dekabr 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə Rusiya tərəfindən sanksiyalara qarşı cavab tədbirləri hazırlayır.

 

APA-nın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu biznes nümayəndələri ilə görüşündə bəyan edib.

 

“Biz səbir və təmkinlə Rusiya ilə əlaqələrin nizamlanmasını gözləyəcəyik. Sahibkarların vurulan təyyarəyə görə cəzalandırılması beynəlxalq qanunvericiliyə ziddir. Biz Moskvanın sanksiyalarına qarşı cavab tədbirləri hazırlayırıq. Lazım gəlsə, bu istiqamətdə tədbirlər görüləcək”, deyə Ə.Davudoğlu bildirib.

 

Ə.Davudoğlu həmçinin Rusiyanı gərginliyin azaltmağa və bütün problemləri masa arxasında müzakirə etməyə çağırıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223711

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR