Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Əhməd Davudoğlu: "Biz səbir və təmkinlə Rusiya ilə..."

Əhməd Davudoğlu: "Biz səbir və təmkinlə Rusiya ilə..."

Date: 2 December 2015 23:37

Türkiyə Rusiya tərəfindən sanksiyalara qarşı cavab tədbirləri hazırlayır.

APA-nın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu biznes nümayəndələri ilə görüşündə bəyan edib.

"Biz səbir və təmkinlə Rusiya ilə əlaqələrin nizamlanmasını gözləyəcəyik. Sahibkarların vurulan təyyarəyə görə cəzalandırılması beynəlxalq qanunvericiliyə ziddir. Biz Moskvanın sanksiyalarına qarşı cavab tədbirləri hazırlayırıq. Lazım gəlsə, bu istiqamətdə tədbirlər görüləcək", deyə Ə.Davudoğlu bildirib.
 
Ə.Davudoğlu həmçinin Rusiyanı gərginliyin azaltmağa və bütün problemləri masa arxasında müzakirə etməyə çağırıb.

Milli.Az


Tags:  Əhməd Davudoğlu Biz səbir təmkinlə Rusiya


RƏYLƏR


Top news