Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

8 otaqlı ev yanıb

8 otaqlı ev yanıb

Date: 2 December 2015 23:57

Sabirabadda 8 otaqlı evdə yanğın hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, günorta saatlarında Sabirabad rayonu R.Behbudov küçəsində fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Sabirabad sakini, Nuriyeva Şəlalə Bəşir qızına məxsus ümumi sahəsi 450 kv.metr olan ikimərtəbəli, 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə, 2-ci mərtəbəsində 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.

Yanğının söndürülməsinə Sabirabad Yanğından Mühafizə xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Tags:  otaqlı ev yanıb

RƏYLƏR


Top news