Məlik Dadaşovun anım günüdür

Məlik Dadaşovun anım günüdür
00:31 3 Dekabr 2015
60 Şou
Ölkə mətbuatı
A- A+

Görkəmli teatr və kino aktyoru, xalq artisti Məlik Dadaşovun anım günüdür.

Axşam.az-ın məlumatına görə, 1924-cü il iyunun 7-də Bakıda anadan olan M.Dadaşov 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu bitirdikdən sonra M. Əzizbəyov adına Akademik Dram Teatrında işə başlayıb və burada ilk dəfə H. Muxtarovun "Ailə namusu" pyesində oynayıb. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf edib.

O vaxt səhnəmizdə Ə. Ələkbərov, M. Məmmədov, Adil İsgəndərov və onlarla digər sənət korifeyləri çalışırdı. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərmiş və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarmışdı.

Məlik Dadaşov “Axırıncı aşırım” filmində Qəmlo, “O dünyadan salam”da Şeyx Nəsrullah, “Dəli Kür”də Molla Sadıq, “Fəryad”da Xaçaturyan rollarında çəkilib, “İyirmialtılar” və “Ulduzlar sönmür” filmlərində Məşədi Əzizbəyovun və Nəriman Nərimanovun obrazlarını canlandırıb.

1996-cı ildə 72 yaşında dünyasını dəyişən Məlik Dadaşov xalq artisti Rafael Dadaşovun atası, Brilliant Dadaşovanın əmisidir.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41823

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR