Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur futbolçu biabır oldu (FOTO)

Məşhur futbolçu biabır oldu (FOTO)

Date: 3 December 2015 00:41

"Mançester Yunayted" və İngiltərə millisinin hücumçusu Ueyn Runinin müsahibələrindən birində dediyi sözlər ona ağır başa gəlib.

ANS PRESS-in məlumatına görə, məşhur futbolçu çıxılmaz vəziyətdə qalıb.

Runi ilə müsahibənin gedişatında jurnalist ondan “kiminlə liftdə qalmaq istəməzdin” deyə soruşub. Runi 2010-cu ildən 2015-ci ilə qədər onun komanda yoldaşı olmuş, hazırda "Vest Bromviç" klubunun danimarkalı qapıçısı Anders Lindeqorun adını çəkib.

İngiltərə yığmasının lideri danimarkalının onu qıcıqlandırdığını qeyd edib. Anders Lindeqorun keçmiş komanda yoldaşına cavabı çox gecikməyib.


Ueyn Runi - "Mançester Yunayted"in futbolçusu

31 yaşlı qapıçı sosial şəbəkədə öz səhifəsində fitnəkar şəkil yayaraq onun altına bu sözləri yazıb: "Buna görə sən liftdə mənimlə olmaq istəmirsən".



Danimarkalı qapıçı “Mançester Yunayted”in yeni çalışdırıcısı Lui van Qalın planlarına daxil olmadığından “Vest Bromviç”ə transfer olunmuşdu. Lindeqor 2010-cu ildə “qırmızı şeytanlar”a Danimarkanın “Alesund” klubundan gəlmişdi. Klubda olduğu beş il ərzində Danimarka millisinin üzvü “Yunayted”in heyətində 29 dəfə meydana çıxıb.

Tags:  Məşhur futbolçu biabır oldu FOTO

RƏYLƏR


Top news