Elvin Aslanov: Nardaranda yaşayan gənclərlə maarifləndirici iş aparmaq lazımdır

02:28 3 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Ölkəmizdə ictimai-siyasi sabitlik, iqtisadi inkişaf hər zaman bəzi xarici dairələri narahat edib. Təəssüf ki, vətəndaşlarımızdan bu cür kənar qüvvələrin təsiri altına düşərək ictimai-siyasi sabitliyə təsir edən pozucu hərəkətlərə yol verənlər olur. Baş verən hadisələrdə əsasən gənclərin istifadə olunması çox məyusedicidir.
Bu fikirləri Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov AZƏRTAC-a müsahibəsində söyləyib. O deyib: “Ölkəmizdə sabitliyin qarantı olan dövlətimiz bu cür xoşagəlməz hadisələrin qarşısını almaqda lazımi gücə malikdir. Amma belə hadisələrin təkrarlanmaması üçün Nardaran qəsəbəsində yaşayan əhali, xüsusilə gənclər arasında profilaktik işlərin görülməsinə ehtiyac var. Əminik ki, Nardaran gənclərinə düzgün yol göstərilsə, onlara müxtəlif maarifləndirmə üsulları vasitəsilə düzgün və dəqiq məlumatlar çatdırılsa, məhz o gənclər dövlətçiliyimizin əsas tərəfdarlarına çevrilərlər. Bu cür işin aparılması ilə biz cəmiyyətimizdə müxtəlif qruplaşmaların, bölücülük fəaliyyətinin olmasını istəyən qüvvələrə açıq mesaj verə bilərik. Bizim dinimizdə, müqəddəs kitabımız olan “Qurani-Kərim”də fitnə-fəsada, bölücülüyə yer yoxdur. Ona görə də bizi istəməyənlərə qarşı bir olmalıyıq və onlara cavabı məhz birliyimiz vasitəsilə verməliyik”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Elvin_Aslanov_Nardaranda_yasayan_genclerle_maariflendirici_is_aparmaq_lazimdir-907744

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR