Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

PSY dan Türkiyəyə dəstək (VİDEO, FOTO)

PSY dan Türkiyəyə dəstək  (VİDEO, FOTO)

Date: 3 December 2015 02:46

Ötən gün "Gangnam Style” mahnısı ilə dünya şöhrəti əldə etmiş cənubi koreyalı müğənni PSY “Daddy” mahnısına çəkdirdiyi yeni klip ilə diqqət mərkəzinə düşüb.

ANS PRESS-in məlumatına görə, müğənnin “Chiljip PSY-Da” adlı yeni albomunda çıxacaq “Daddy” mahnısıda artıq rekordlar qırmaqda davam edir.

Bir gün ərzində mahnının klipinə “YouTube”da artıq altı milyondan çox baxış olub. PSY-nin "Gangnam Style” mahnısının videosu “YouTube” tarixində ən çox baxılan video-çarx kimi yadda qalıb. Klipə 3 milyarda yaxın izləyici baxıb.


“Daddy” mahnısına yeni klip

“Daddy” mahnısına olan klipində PSY eyni zamanda özünü, oğlunu və atasını oynayır. Mahnının əsas nəqarəti kimi "Belə bədən səndə hardandı?" - "Mən onu atamdan aldım" səslənir. Qeyd edək ki, PSY-nin bütün kliplərində maraqlı süjet xətti və gülməli hadisələr yer alır.

Klipdə daha bir diqqət çəkən məqam Türk bayrağının olmasıdır.


Klipin bir hissəsində görünən Türk bayrağı

Qeyd edək ki , PSY keçən il Türkiyənin “Yetenek Sizsiniz” tele-müsabiqəsinin final konsertində iştirak etmişdi. Müğənni həmçinin səhnədə Hülya Avşarla rəqs etmişdi. “Gangnam Style”ın sədaları altında rəqs edən Hülya Avşarın daha sonra dünya şöhrətli PSY ilə birgə ifası maraqla qarşılanmışdı.


Klipdən kadr


Tags:  PSY dan Türkiyəyə dəstək VİDEO FOTO

RƏYLƏR


Top news