Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda daha bir parklanma yeri ləğv edildi

Bakıda daha bir parklanma yeri ləğv edildi

Date: 3 December 2015 03:06

Ziya Bünyadov prospektində, “3-cü mikrorayon bazarı”nın qarşısında yerləşən avtomobil tunelinin üzərindəki qanunsuz parklanma yeri Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən ləğv edilib.



Qurumun mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumata görə, parklanma yerinin ləğv edilməsi istiqamətində işlər baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə həyata keçirilib. Əraziyə nəqliyyat vasitələrinin daxil olmasının qarşısı almaq üçün giriş hissəyə beton maneə də qoyulub.



Bu cür addımların parklanma yeri kimi hesablanaraq inşa edilməyən bütün avtomobil tunellərinin üzərində aparılması nəzərdə tutulub. Bundan başqa yol ötürücülərinin (avtomobil körpülərinin) alt hissəsində də mövcud olan parklanma yerlərinin ləğvi planlaşdırılır. Çünki bu cür parklanma yerləri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastrukturuna təhlükə yaradır.



Bir müddət bundan öncə böyük məbləğdə dövlət vəsaiti hesabına Bakı şəhərində inşa edilmiş tunellərin üstünün və yol ötürücülərin alt hissəsinin parklanma üçün istifadə edilməsinin qadağan edilməsi ilə bağlı Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aidiyyatı üzrə müraciət olunmuşdu.



Ötən həftə isə Moskva prospektində, “Şamaxinka” deyilən ərazidə yerləşən avtomobil tunelinin üzərindəki parklanma yeri ləğv edilmişdi.

Tags:  Bakıda parklanma yeri ləğv edildi

RƏYLƏR


Top news