Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyada türklərin fabrikinə silahlı hücum oldu

Rusiyada türklərin fabrikinə silahlı hücum oldu

Date: 3 December 2015 03:41

Türkiyənin məşhur xalça istehsalçısı “Merinos”un Rusiyanın Rostov şəhərindəki fabriki maskalı şəxslərin hücumuna məruz qalıb. ANS PRESS-in məlumatına görə, dövlət təhlükəsizlik xidmətinin əməkdaşı olduqlarını bildirən şəxslər fabrikə aid kompüterlərin hard disklərini söklərək özləri ilə aparıblar.

Hadisə barədə “İTAR-TASS”a məlumat verən fabrikin yerli direktoru Svetlana Zimina fabrikin onsuzda tez-tez yoxlanıldığını, amma bu dəfə baş verənlərin yoxlamadan çox silahlı hücuma bənzədiyini deyib.

“Bizim fabrik dövlət orqanları tərəfindən tez-tez yoxlanılır. Amma bu dəfə hadisə yoxlamadan çox silahlı hücum kimi idi. Çox sayda avtomatlı və maskalı şəxs polis və xüsusi xidmət əməkdaşı olduqlarını deyətək içəriyə girdilər. Fabrikdə istehsalı dayandırmağa məcbur olduq. Nə axtardıqlarını bilmirəm. Amma fabrikin əsas kompüterinin hard diskini söküb apardılar. Fabrikimizdə əsasən qadınlar işlədiyi üçün hamımız çox qorxduq. İndiyə qədər belə bir şey nə gördüm, nə də eşitdim.” – deyə Zimina bildirib.



Fabrikin idarə heyətində 9 Türkiyə vətəndaşı olduğunu deyən Zimina onların bütün sənədlərinin yerli-yerində olduğunu qeyd edib.



“Fabrikin idarə heyətində Türkiyə vətəndaşı olan 9 nəfər də işləyir. Onların bütün sənədləri qaydasındadır və fəaliyyət göstərmək üçün iznləri var. Buna baxmayaraq, bizə çatdırılan məlumata görə, onları deportasiya edəcəklər. Nəyə görə, heç kim bilmir.”

“Merinos”un Rostov şəhərindəki xalça fabriki 450 Rusiya vətəndaşını işlə təmin edib. Faktla bağlı “Merinos”un Türkiyə ofisi hər hansı bir açıqlama verməyib.

Tags:  Rusiyada türklərin fabrikinə silahlı hücum oldu


RƏYLƏR


Top news