ABŞ Mərkəzi Bankından faiz açıqlaması

ABŞ Mərkəzi Bankından faiz açıqlaması
05:26 3 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarının (ABŞ) mərkəzi bankı - Federal Ehtiyat Sistemi bu ay kredit faizlərini artıra bilər. ANS PRESS-in məlumatına görə, bank rəhbərliyi dekabr ayının 15 - 16-da faizlərə dair yekun qərar qəbul edəcək. ABŞ mərkəzi bankının rəhbəri Canet Yellen bu barədə açıqlam verib.

“Amerika iqtisadiyyatı “Böyük Tənəzzül”dən sonra inkişafa doğru kifayət qədər yol qət edib. 2009-cu ilin oktyabr ayında işsizlik həddi 10 faiz idisə, indi bu rəqəm 5 faiz təşkil edir. İqtisadiyyatımızın orta sürətdə inkişafa davam edəcəyini, nəticədə yeni iş imkanlarının yaranacağını gözləyirəm.” – deyə Canet Yellen bildirib.

Hazırda Federal Ehtiyat Sisteminin faiz həddi maksimum 0.25 faiz təşkil edir. Bank rəhbərliyi artıq 2008-ci ildən bu siyasəti dəyişməz olaraq saxlayır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366290

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR