Neft kəskin ucuzlaşdı

Neft kəskin ucuzlaşdı
05:51 3 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Dünya birjalarında neftin qiymətində kəskin ucuzlaşma yaşanıb. ANS PRESS-in məlumatına görə, birjaların satışlar üzrə hesabatına görə “Brent” markalı neftin qiyməti ucuzlaşaraq 42.82 dollar olub.

“Texas” (WTI) markalı neftdə də nisbi ucuzlaşma qeydə alınıb. Birjaların verdiyi son məlumatlara görə, "Texas" markalı neftin qiyməti 40.21 dollar olub.



“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə ucuzlaşaraq 45,21 dollar təşkil edib.

Ötən həftə sonu birjalarda qızılın qiymətində görülən kəskin ucuzlaşmadan sonra bu gün qimətli metalın qiymətində bahalaşma müşahidə olunub. Belə ki, qızılın qiyməti 1 qram üçün 33.77 dollar olub. Gümüşün qiymətində baş vermiş nisbi bahalaşma isə satış qiymətlərində əks olunmayıb. Birjalarda gümüşün qiyməti 1 qram üçün 0.44 dollar qalmağa davam edir.



Həftənin əvvəlində dolların qiymətində nisbi bahalaşma qeydə alınıb. Mərkəzi bankın məlumatına görə, dünən 1 ABŞ dollarının qiyməti 1.0511 AZN təşkil edib. Avropa valyutası isə həftəyə dəyər itkisi ilə başlayıb. Avrozona valyutasının qiyməti, 1 euro üçün 1.1156 AZN olub. Rusiya valyutasında isə cüzi bahalaşma olub. Dünən 1 rublun qiyməti 0.0158 AZN olaraq müəyyənləşib.



Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir:
1 ABŞ dolları – 1.0511 AZN
1 Euro – 1.1156 AZN
1 rus rublu – 0.0158 AZN

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366291

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR