Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İngiltərə qırıcıları Suriyaya yola düşdü

İngiltərə qırıcıları Suriyaya yola düşdü

Date: 3 December 2015 06:31

Böyük Britaniya parlamenti İcmalar palatasında bu ölkənin İŞİD qruplaşması ilə mübarizəyə verəcəyi dəstək barədə müzakirələr 11 saatdan sonra başa çatıb. ANS PRESS-in məlumatına görə, müzakirələrin sonunda 397 nəfər lehində, 223 nəfər əleyhində olmaqla bu ölkəyə aid qırıcıların terrorla mübarizəyə dəstək vermək üçün Suriyaya yola düşməsinə qərar verilib.

Bəzi millət vəkilləri bu dəstəyin ölkəni müharibəyə çəkəcəyini irəli sürsə də, baş nazir Devid Kameron İŞİD-in bu ölkəyə hücum etməsini gözləməyəcəklərini deyib: “İŞİD-i Suriyada bombardıman etmək İngiltərənin də təhlükəsizliyini təmin edəcəkdir. İŞİD-in bizə hücum etməsini gözləyə bilmərik.”

Müharibə əleyhdarı qruplar isə gün ərzində ölkə parlamentinin qarşısında etiraz aksiyaları keçiriblər.

Parlamentin təsdiqlədiyi sənədə görə, İngiltərə qırıcıları bölgədə İŞİD terror qruplaşması ilə mübarizə aparan beynəlxalq koalisiyaya qoşularaq Suriyada qruplaşmaya aid hədəfləri bombardıman edəcək. Bu ölkəyə aid qırıcılar daha əvvəl İŞİD-lə mübarizə çərçivəsində İraqda keçirilən əməliyyatlarda iştirak etmişdi.

Artıq Böyük Britaniyaya məxsus “Tornado” qırıcılarının Cənubi Kiprin “Akrotiri” bazasından Suriyaya göndərildiyi bildirilir. “Gazeta.ru”nun yaydığı məlumata görə, təyyarələr parlamentdə keçirilən səsvermədən bir saat sonra havaya qalxıb.

Tags:  İngiltərə qırıcıları Suriyaya yola düşdü


RƏYLƏR


Top news