Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bəzəkli pizza - FOTO

Bəzəkli pizza - FOTO

Date: 3 December 2015 07:05

Milli.Az bəzəkli pizzanın hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

300 q mayalı xəmir
6 ədəd sevdiyiniz sosiska
ketçup
1 bolqar bibəri
200 q bərk pendir
mayonez
1 yumurta
pomidor
zeytun
ədviyyat
göyərti

Mayalı xəmiri un səpilmiş masada nazik yayın. Formaya qoyun. Sosisləri əvvəl uzunasına iki yerə, sonra da eninə 3 yerə bölün. Xəmirin kənarları boyu düzün. Xəmirin sosis qoyduğunuz kənarlarını qatlayıb möhkəm basıb yapışdırın. Dilimlər arasında kəsiklər edin, sonra şəkildəki kimi hər "cütü" ayrı istiqamətlərə çevirin.
 
Pizzanın ortasına ketçup çəkin. Sosiska dilimlərini və doğranmış bibəri düzün. Sürtgəcin xırda gözündən keçirilmiş pendir səpin, pomidor dilimləri, qara zeytun düzün, göyərti səpin. Üzərinə yenə pendiri sürtgəcdən keçirin. Sonra isə mayonezi şəbəkə çəkirmişsiniz kimi pizzanın üzərinə gəzdirin. 

Pizzanın kənarlarına yumurta çəkin. Sobada 30 dəqiqə (qızaranadək) bişirin. Üzərini ketçup və göyərti ilə bəzəyin.

Nuş olsun! 

Milli.Az 








Tags:  Bəzəkli pizza FOTO

RƏYLƏR


Top news