Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Cəlilabadda payızlıq kartof yığımına başlanılıb

Cəlilabadda payızlıq kartof yığımına başlanılıb

Bel ağrısı, mədə yanması, revmatizma... - Kartof suyu hamısını yox edir (22 Fevral 2017 16:04)

Tarix: 3 Dekabr 2015 07:48


Cəlilabad, 3 dekabr, Bağır Əliyev, AZƏRTAC
Bir neçə gündür ki, Cəlilabad rayonunda payızlıq kartof yığımına başlanılıb.
AZƏRTAC xəbər verir ki, ikinci çörək hesab olunan kartofun əsas yığım dövrü yaz mövsümü hesab olunsa da, Cəlilabadda payız fəslində də bu kənd təsərrüfatı bitkisini yetişdirənlər az deyil.
Payızlıq kartofun becərilməsi ilin nisbətən soyuq fəslinə düşdüyündən bitkidə xəstəlik və zərərvericilər o qədər də müşahidə olunmur.
Yazlıq kartofun normal inkişafı üçün onun günaşırı suvarılması vacibdirsə, payızlıq kartofda yalnız əkinin ilkin mərhələsində suvarmaya ehtiyac duyulur.
Digər aylarda düşən yağıntılar payızlıq kartofun inkişafını təmin edir. Elə buna görə də məhsulun maya dəyəri də kifayət qədər aşağı düşür.
Məhsul istehsalçıları alıcı sarıdan da korluq çəkmirlər.

Teqlər:  Cəlilabadda payızlıq kartof yığımına başlanılıb



RƏYLƏR


Top xəbərlər