Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Kaliforniya sakini bir neçə dəqiqə ərzində lotereyada xeyli pul udub

​Kaliforniya sakini bir neçə dəqiqə ərzində lotereyada xeyli pul udub

Date: 3 December 2015 08:02

Bakı. 2 dekabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Modesto şəhərinin sakini Rodni Midouz bir neçə dəqiqə ərzində "California Lottery" ani lotereyasında əvvəlcə 1 000 ABŞ dolları, daha sonra isə 10 mln. ABŞ dolları udub.
"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, noyabrın 23-də Midouz mağazaların birində "California Lottery" ani lotereyasının biletlərini alıb. Həmin gün "California Lottery" yaradılmasının 30 illiyini qeyd edirmiş. İlk şansda o, 1 000 ABŞ dollarına sahib olub. Bundan ümidlənən Rodni daha 3 biletı sinayıb və bu dəfə 10 mln. ABŞ dolları udub.
Kaliforniyalının xoşbəxt biletləri aldığı mağazaya isə 50 000 dollar məbləğində mükafat düşür.  

Tags:  Kaliforniya sakini neçə dəqiqə ərzində lotereyada xeyli pul udub

RƏYLƏR


Top news