Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Okinavanın qubernatoru Yaponiya hökumətini məhkəmə iclasında tənqid edib

Date: 3 December 2015 08:23


Tokio, 3 dekabr, AZƏRTAC 
Okinava prefekturasının qubernatoru bu prefekturada yerləşən ABŞ hərbi bazasının yerini dəyişmək istəyən Yaponiya mərkəzi hökumətini həmin mübahisəyə həsr olunan ilk məhkəmə iclasında tənqid edib. Qubernator Takeşi Onaqa tələb edib ki, hökumət Okinava prefekturasının yerdəyişmə ilə əlaqədar müxalif mövqedə dayanan sakinlərinə hörmətlə yanaşsın.
Yaponiyanın mərkəzi hökuməti tərəfindən qaldırılmış iddi əsasında ilk məhkəmə dinləməsi dekabrın 2-də Fukuoka Apellyasiya Məhkəməsinin Naha şəhər şöbəsində keçirilib.
Hökumət Futemmadakı ABŞ dəniz piyadaları korpusunun aviapostunun Qinovan şəhərindən daha az əhaliyə malik Henoko rayonuna köçürülməsi ilə əlaqədar planını yerinə yetirməkdə israrlıdır. Lakin Okinava qubernatoru bununla əlaqədar xələfi tərəfindən verilmiş qərarı oktyabr ayında ləğv edib.
Mərkəzi hökumət məhkəməyə müraciət edərək, Milli Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinə qubernator T.Onaqanın qərarını ləğv etmək səlahiyyətinin verilməsinə nail olmağa çalışır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Tags:  Okinavanın qubernatoru Yaponiya hökumətini məhkəmə iclasında tənqid edib


RƏYLƏR


Top news