Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çirkli avtobuslar xəttə buraxılmayacaq (VİDEO)

Çirkli avtobuslar xəttə buraxılmayacaq (VİDEO)

Date: 3 December 2015 08:31

Ölkədə fərdi avtomobillərin sayı xeylı artsa da, çoxumuz hələ də gündəlik ictimai nəqliyyatdan - metro və avtobuslardan istifadə edirik.

Lakin həyatımızın ayrılmaz hissəsinə çevrilən bu vasitələr heç də həmişə bizi razı sala bilmir. Bu da daha çox marşrutların salonunda hökm sürən natəmizlik baxımından özünü göstərir.

Həm Bakıətrafı kənd və qəsəbələrə işləyən avtobuslarda, həm də şəhər daxildə hərəkət edən marşrutların bir çoxu əsl natəmizlik yuvasıdır.

Təmiz şəhərdə belə bir ictimai nəqliyyatdan istifadə insana xoş təsir bağışlamır. Əslində isə hər bir avtobus xəttə çıxmamışdan öncə hər gün həm texniki baxışdan keçməli, həm də yuyulub təmiz şəkildə sərnişinlərin istifadəsinə verilməlidir.

“Təmizliyin təmin olunması üçün, növbənin sonunda avtobus avtoparka gələrkən xüsusi yuyucular vasitəsilə avtomobilin üzəri yuyulmalıdır. Bununla yanaşı avtobusun daxilində də təmizlik işləri həyata keçirilməlidir”, - deyə mütəxəssis Ərşad Hüseynov bildirib.

Bu sahəni araşdıran mütəxəssis Ərşad Hüseynov deyir ki, inkişaf etmiş ölkələrin hər birində ictimai nəqliyyatın təmizliyinə xüsusi diqqət yetirilir.

Nəqliyyat nazirliyinin rəsmisi Şəfa Mehmanqızı da artıq dekabr ayından bu sahəyə nəzarətin gücləndirildiyini bildirdi:

“Bu gündən etibarən hansı avtobuslarda nasazlıq aşkara olunubsa, həmin avtobuslar xəttə uzaqlaşdırılıb. Əgər hər hansı bir avtobusun çirkli olması ilə bağlı şikayət olarsa, o zaman "Bakı Sərnişin Nəqliyyat" idarəsinin “141” və yaxud 561- 76-28 - 29 qaynar xəttinə zəng vura bilərlər”.

İctimai nəqliyyatın çirklənməsində sərnişinlər də az rol oynamır. Ona görə onlar da təmizliyə riayyət etsələr yaxşı olar. Bunu da Şəfa Mehmanqızı söylədi.

Bir sözlə, hər kəs öz öhdəsinə düşən təmizliyə riayət etsə, nəticədə kənardan utandırıcı mənzərənin şahidi də olmarıq.


Tags:  Çirkli avtobuslar xəttə buraxılmayacaq VİDEO


RƏYLƏR


Top news