Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gənclər təşkilatları “Azərbaycançılıq məfkurəsi”nin gənclərə təbliği” üçün toplanıblar

Date: 3 December 2015 08:53


Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AZGF) dəstəyi ilə “SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycançılıq məfkurəsi”nin gənclərə təbliği” layihəsinin bağlanış mərasimi keçirilib.
Birlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə tələbə gənclər, müəllimlər, QHT təmsilçiləri və qonaqlar iştirak ediblər.
Əvvəlcə ərazi bütövlüyümüz və dövlətçiliyimiz uğrunda şəhid olan övladlarımızın ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin aparıcısı Anar Orucov qonaqlara “SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin fəaliyyəti, Gənclər Fondunun gənclər üçün önəmi və layihə çərçivəsində görülən işlərdən danışıb.
Mərasimdə layihənin təlimçisi Qurbanəli Ömər çıxış edərək azərbaycançılığın bu gün bütün mövcud ideologiyalardan üstün olduğunu söyləyib. O gənclərə bir daha “Azərbaycançılıq məfkurəsi”nin fəlsəfi mahiyyətini açıqlayıb, bu idealogiyanın bu gün həm daxili, həm də xarici siyasətimiz üçün əhəmiyyətini vurğulayıb.
Sonra layihənin rəhbəri, “SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin sədri Səbinə Abbasova çıxış edib. O, son dövrlər ölkədə baş verən proseslərə də toxunaraq, gəncləri belə qüvvələrin təsiri altına düşməməyə çağırıb.
Layihə çərçivəsində təlimlərin həyata keçirildiyi Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Əmək və Sosial münasibətlər Akademiyasının təmsilçiləri də fikirlərini bölüşüblər.
Yarış üçün sözügedən təhsil ocaqlarının komandaları “Azərbaycançılıq məfkurəsi” haqda təqdimatla çıxış ediblər. Münsiflər heyəti bütün təqdimatları izlədikdən sonra yekun qərar veriblər: Azərbaycan Dillər Universitetinin komandası qalib elan olunub.

Tags:  Gənclər təşkilatları Azərbaycançılıq məfkurəsinin gənclərə təbliği toplanıblar


RƏYLƏR


Top news