Azərbaycan Kuboku: "Qəbələ" "Mil-Muğan"a, "Rəvan" "Bakı"ya qarşı

Azərbaycan Kuboku: "Qəbələ" "Mil-Muğan"a, "Rəvan" "Bakı"ya qarşı
09:12 3 Dekabr 2015
93 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinin növbəti görüşləri keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, saytının məlumatına görə, 1/4 finala çıxacaq son iki komandanın müəyyənləşəcəyi oyunlarda iki Premyer Liqa klubu ilə iki I divizion klubu qarşılaşacaq. Günün ilk matçı Qəbələdə baş tutacaq. Yerli komanda aşağı dəstə klubu "Mil-Muğan"ı qəbul edəcək. Premyer Liqada son turlar enişli-çıxışlı qrafik cızan Roman Qriqorçukun yetirmələri zəif rəqibini keçib, ölkə kubokunda yoluna davam etmək istəyir.  "Qəbələ"nin qələbəsiz oyunlar seriyasını məhz bu matçda qıracağı o qədər də şübhə doğurmur. Çünki İmişli klubu aşağı dəstədə də ciddi uğuru ilə seçilmir.

Günün ikinci matçında isə digər Premyer Liqa təmsilçisi "Rəvan" I divizion klubu "Bakı"nı qəbul edəcək. Rəvan" güclülər dəstəsinin autsayderi olsa da, paytaxtın eyniadlı təmsilçisinin sensasiya edəcəyi inandırıcı görünmür.

Azərbaycan Kuboku

1/8 final

3 dekabr (cümə axşamı)

17:00. "Qəbələ" - "Mil-Muğan"

Hakimlər: Orxan Məmmədov, Kamran Bayramov, Coşqun Həsənov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Rauf  Əmirov
Hakim-inspektor: Asim  Xudiyev
Qəbələ şəhər stadionu

20:00. "Rəvan" - "Bakı"

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Emin Nağıbəyov
AFFA nümayəndəsi: Adil  Nadirov
Hakim-inspektor: Rövşən  Əhmədov
"Bayıl Arena"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR