Azərbaycanda məktəbyaşlı uşaqlar dini sektalara cəlb edilirlər

Azərbaycanda məktəbyaşlı uşaqlar dini sektalara cəlb edilirlər
09:17 3 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda məktəbyaşlı uşaqlar müxtəlif dini sektaların təlimlərinə cəlb edilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Trend-ə bildirib ki, uşaqlar din adı altında müxtəlif bəhanələrlə orta məktəblərdən uzaqlaşdırılır və dini ayın, mərasimlərə qatılırlar: "Bu, təkcə islam dini ilə bağlı məsələ deyil. Məktəbyaşlı uşaqların müxtəlif təriqət və sektaların təlimlərinə cəlb edilməsi hallarına rast gəlirik".

G.İsmayılov əlavə edib ki, dini sektalara cəlb edilən uşaqların sayını deyə bilməz: "Biz bunun statistikasını aparmırıq. Amma Gəncədə baş verən son hadisələri, eləcə də Gəncədə İcra Hakimiyyəti tərəfindən haqlı olaraq edilmiş müdaxilələrə baxsanız, belə halların şahidi olarsınız".

"Ümidli Gələcək" Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumova Trend-ə bildirib ki, təşkilatın Sosial Xidmət mərkəzlərində reabilitasiya olunan uşaqlar arasında dini sektalara cəlb olunan uşaqlar da olub.

Onun fikrincə, uşaqların dini sektalara cəlbi problemi artıq ölkənin ayrı-ayrı regionlarında deyil, bütün Azərbaycanda mövcuddur: "Vəziyyət onu göstərir ki, dini sektalara yönləndirilən uşaqların sayı elə də az deyil. Dini sektaların olduğu bölgələrdə uşaqların onlara cəlbi riski hələ də var".

K.Aşumova qeyd edib ki, dini sektalara, əsasən, keçid dövrünü yaşayan 14-18 yaşlı uşaqlar cəlb edilirlər: "Onlar ailədə qayğı görməyən, iradəsi zəif olan, ünsiyyətə olan tələbatlarını ailədə tapa bilməyən, psixoloji travma ilə üzləşən, eyni zamanda sosial vəziyyəti aşağı olan ailələrin uşaqları olurlar. Onları bu sektalara yaşca böyük olan insanlar, gənclər cəlb edirlər. Bizim rastlaşdığımız hallar göstərir ki, uşaqlar "vəhhabilik" kimi cərəyanlara qoşulurlar. Bu cərəyana qoşulduqdan sonra onlar üz görünüşlərində dəyişiklik etməyə, ailədə valideynlərin sözünü dinləməməyə başlayırlar".

Uşaqların "dəstəkverici" vədlərlə dini sektalara cəlb edildiyini deyən K.Aşumovanın sözlərinə görə, dini sektalara üz tutan uşaqlar çox ciddi psixoloji təsir altında olduqlarından onların reabilitasiyası çətin aparılır.

Təşkilat rəhbəri deyib ki, həm ailə, həm də uşaq psixoloqları uşağın cəmiyyətə inteqrasiyası üçün işlər görsə, həmin uşaqlar dini sektalardan yayındırıla bilər: "Belə uşaqlar barədə bizə fərdi olaraq məlumat verilir, ya da məlumatlar orta məktəblərdən alınır. Bu sektaların sayəsində uşaqlar cinayətə də sövq edilir və cinayətkar uşağa çevrilirlər".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Trend-ə bildirib ki, uşaqları inkişaf etdirmək üçün idmana və s. məşğuliyyətə yönləndirmək əvəzinə, zorakılıq törətməyə yönləndirmək çox təəssüfedicidir: "Cox təəssüf ki, bu gün Bakının kəndlərində erkən nikah, təhsildən yayınma və uşaqları digər mənfi hallara cəlb etmə prosesləri davam edir. Son faktlar göstərir ki, uşaqlar nəinki təhsildən yayındırılır, onlar həm də dövlət qurumlarının nümayəndələrinə qarşı zorakılığa istiqamətləndirilirlər. Bu uşaqlar gələcəyin əsgəri, həkimi, hakimi, biznesmeni və s.-dir. Bu gün biz bu uşaqlara hansı məlumatlara çatdırsaq, onlar gələcək nəsillərə də onu çatdıracaqlar".

E.Səfərov əlavə edib ki, belə halların qarşısının alınması üçün ehtiyac olduqda yerli icra hakimiyyətlərinin Qəyyumluq və Himayəçilik komissiyaları tərəfindən məhkəmələrdə valideyn hüquqlarının məhdudlaşdırlıması məsələsi qaldırılmalıdır.

Bu faktların qarşısının alınması üçün maarifləndirmə işlərinin gücləndirilməsini də vacib sayan komitə rəsmisi bildirib ki, ilk növbədə, yerlərdə uşaqların təhsilə cəlb edilməsi üçün işlər gücləndirilməli, uşaqlarını, xüsusilə qız uşaqlarını təhsilə cəlb etməyən valideynlər məsuliyyətə cəlb edilməlidirlər.

E.Səfərov deyib ki, uşaqların dini etiqad hüququ tanınır, amma bu, onların təhsil almaq hüququna, onların inkişafına maneə yaratmamalıdır.

Komitə rəsmisi hesab edir ki, uşağını dini etiqada görə təhsildən yayınmağa məcbur edən valideynlər məsuliyyətə cəlb edilməlidir: "Bu işə həm polis, həm yerli icra hakimiyyəti orqanları, həm də təhsil müəssisələri cəlb edilməlidir".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dieqo Kostadan “Çelsi” rəhbərliyinə SƏRT MESAJ

19 Avqust 2017 07:33

Trampın "Twitter" hesabının dəyəri açıqlandı

19 Avqust 2017 07:29

Sakit okeanda güclü zəlzələ: iki ada silkələndi

19 Avqust 2017 07:24

Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriləcək

19 Avqust 2017 07:12

Çində daşqınlar 10 nəfərin ölümünə səbəb olub

19 Avqust 2017 07:07

Yaponiya və Çin arasında gərginlik - Pekinə xəbərdarlıq edildi

19 Avqust 2017 07:03

Bakıda "Azsamand" yandı

19 Avqust 2017 06:39

Yeni doğulmuş körpələrdə doğru bildiyimiz yanlışlar

19 Avqust 2017 06:33

Ən böyük 50 qaradərili idmançının reytinqi açıqlandı

19 Avqust 2017 06:29

Konqoda 200 nəfər torpaq sürüşmələrinin qurbanı olub

19 Avqust 2017 06:22

Neftimizin qiyməti cüzi ucuzlaşıb

19 Avqust 2017 06:03

Qida zəhərlənməsini yüngülləşdirən prosedurlar

19 Avqust 2017 05:33

Venesuelanın keçmiş baş prokuroru prezident Maduronu korrupsiya qalmaqalında ittiham edib

19 Avqust 2017 05:32

Beyləqanda ev əşyaları ilə birgə yandı

19 Avqust 2017 05:29

Status paylaşanlar pul qazanacaq - yeni sosial şəbəkə

19 Avqust 2017 05:03

Trampın daha bir müşaviri vəzifəsini tərk etdi

19 Avqust 2017 04:39

"Liverpul"dan "Barsa"ya növbəti rədd cavabı - Koutinyonu satmırlar

19 Avqust 2017 04:33

Trampın sərmayələrin qanuni tənzimlənməsi üzrə xüsusi məsləhətçisi öz postunu tərk edəcək

19 Avqust 2017 04:17

Tryudo Barselonada Kanada sakinlərinin öldürüldüyünü bildirib

19 Avqust 2017 04:07

Dünyanı yeni xəstəlik bürüyə bilər - Nigeriyada mənşəyi məlum olmayan virus yayıldı

19 Avqust 2017 04:03

Adriana bu dəfə Metinlə qayıtdı - FOTOLAR

19 Avqust 2017 03:33

Bakıda 7 otaqlı ev yandı

19 Avqust 2017 03:19

Barselonada terror aktında yaralananların 15-nin vəziyyəti ağırdır

19 Avqust 2017 03:07

“Qarabağ”a qol vurmuş hücumçu “Milan”da

19 Avqust 2017 03:03

6 metrlik quyuya düşən şəxs xilas olundu - Şəkidə

19 Avqust 2017 02:54

Trampın məsləhətçisi istefadan sonra prezidentlə "müharibəyə gedəcəyini" bildirib

19 Avqust 2017 02:52

Evdə hazırlaya biləcəyiniz və sizi gözəlləşdirəcək maskalar

19 Avqust 2017 02:33

Bakıda mənzildən meyit tapılıb

19 Avqust 2017 02:19

Şəkidə üzüm istehsalı 5 min tona çatdırılacaq

19 Avqust 2017 02:03

Almaniyada bıçaqla hücum olub -

19 Avqust 2017 01:50

Salyanda qonşu qonşunu bıçaqladı

19 Avqust 2017 01:39

102 yaşlı ən qoca paraşütçü - VİDEO

19 Avqust 2017 01:33

Dünyanı yeni xəstəlik bürüyə bilər -

19 Avqust 2017 01:25

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı başa çatıb

19 Avqust 2017 01:22

Bakıda "KaMAZ" minik avtomobillərinə çırpılıb: xəsarət alanlar var

19 Avqust 2017 01:07

Faydaları saymaqla bitmir... - KEFİRİN EVDƏ HAZIRLANMA QAYDASI

19 Avqust 2017 01:03

"Liverpul"dan "Barsa"ya növbəti rədd cavabı -

19 Avqust 2017 00:54

Mingəçevirdə kişi meyiti tapılıb

19 Avqust 2017 00:37

2004-cü ildən bəri Avropada törədilən TERROR AKTLARININ XRONİKASI

19 Avqust 2017 00:33

Suriya müharibəsi başa çatır -

19 Avqust 2017 00:30

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08

Dövlət Departamenti: ABŞ qoşunları İŞİD üzərində qələbədən sonra Suriyada qalmayacaq

19 Avqust 2017 00:02

Portuqaliyada fövqəladə vəziyyət elan edildi

19 Avqust 2017 00:02

Neftimiz cüzi ucuzlaşıb

18 Avqust 2017 23:52

Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP: Yay mövsümündə tikinti işləri aparılmır

18 Avqust 2017 23:48

Bakıda İNANILMAZ OLAY: sərnişin avtobus sürücüsünün üstünə tapança çəkdi - GÖRÜNTÜLƏR

18 Avqust 2017 23:39

Yaponiya və Çin arasında gərginlik -

18 Avqust 2017 23:38

“İphone 7” smartfonu LİDERDİR

18 Avqust 2017 23:33

"Arsenal"ı alsam, ilk işim Vengeri qovmaq olacaq"

18 Avqust 2017 23:19

Dünyanın ən "axmaq" 10 estetik əməliyyatı - VİDEO

18 Avqust 2017 23:18