Bakıda 21-ci əsrin yolkəsən "quldurlar"ını gözləyən cəzalar

Bakıda 21-ci əsrin yolkəsən "quldurlar"ını gözləyən cəzalar
09:27 3 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda bəzi küçələrdə binaların qarşısında yeni şlaqbaumlar peyda olmağa başlayıb. Bakının bəzi yerlərində aparılan müşahidələr zamanı məlum olub ki, şlaqbaumlara daha çox yüksək vəzifəli məmurların və iş adamlarının yaşadığı binaların ərazisində rast gəlinir.

Bu isə ərazidən keçən və ya qonaq gələn insanların haqlı narazılığına səbəb olur. Onlar avtomobillərini saxlamaq üçün ya yer tapmır, ya da maşınlarını kənar yerlərdə saxlamağa məcbur olurlar. Halbuki, şlaqbaumların quraşdırıldığı binanın həyətində avtomobillərin yerləşməsi üçün xeyli boş yer var.

Bundan əlavə, həmin ərazidə hər hansı xoşagəlməz hadisə baş verdiyi zaman şlaqbaumlar operativ nəqliyyat vasitələrinin, yəni yanğınsöndürənlərin, təcili tibbi yarım və polis maşınlarının ora girib hadisəyə dərhal müdaxilə etməsinə mane olur.

Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, binaların qarşısına şlauqbaumlar qoyulması qanunla tənzimlənir: "Qanunla da sədlərin, şlauqbaumların özbaşına qoyulması yolverilməzdir. Buna görə məsuliyyət nəzərdə tutulub".

Bununla qanunvericilikdə nəzərdə tutulan məsələləri Milli.Az-a şərh edən yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, bu məsələdə iki şeyi fərqləndirmək lazımdır: "Biri ola bilər ki, fiziki və ya hüquqi şəxsin, hər hansı təşkilatın, qurumun qapalı ərazisi olsun. Belə yerlərdə şlaqbaumun quraşdırılması ilə bağlı heç kimdən rəsmi icazə almağa ehtiyac yoxdur və öz ərazilərinə girişə məhdudiyyət tətbiq edə bilərlər. Amma ictimai yerlərdə, küçələrdə, xüsusən də ümumi yaşayış binalarının həyətində, ətrafındakı yerlərdə şlaqbaumlar quraşdırılması isə tam fərqli yanaşma tələb edir. Belə yerlər heç bir halda xüsusi mülkiyyətdə, hansısa qurumun ayrıca istifadəsində və icarəsində ola bilməz".

Ekspert qeyd edib ki, qanunvericilikdə şlaqbaumlarla əlaqədar ayrıca təfərrüatlar yer almasa da, yol hərəkətinin təşkili və texniki vasitələrin tətbiqinə dair ümumi məsələlər var. Onlardan çıxış edərək demək olar ki, hər hansı binanın həyətinin girişində şlaqbaum qoyulmalıdırsa, yerli icra hakimiyyətinə müraciət edilməlidir. Daha sonra həmin icra hakimiyyətinin təklifi həmin məsələ Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasında mütləq müzakirə olunmalıdır: "Adıçıkilən Komissiyada Dövlət Yol Polisi, Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və s. dövlət qurumlarının nümayəndələri təmsil olunur. Bunlar elə qurumlardır ki, yollarda onların fəaliyyəti ilə bağlı hər hansı problem olmamalıdır. Məsələn, əraziyə təcili tibbi yarım maşını gələndə deməsin ki, burada şlaqbaum olduğudan görə xəstəyə vaxtında yardım edə bilmədik, öldü. Eyni zamanda yanğınsöndürən deməsin ki, şlaqbauma görə ora girib yanğını söndürə bilmədim. Ona görə də həmin qurumların rəyi əvvəlcədən alınır. Yalnız bundan sonra şlaqbaumun qoyulmasına icazə verilə bilər".

Hüquqşünas əlavə edib ki, İnzibati Xətalar Məcəlləsinın 164-cü maddəsinə əsasən, özbaşına şlaqbaumlar quraşdıran şəxslər bu maneələr aradan qaldırılmaq şərtilə inzibati məsuliyyətə cəlb edilirlər: "Həmin maddəyə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına görə fiziki şəxslər 80 manatdan 100 manatadək miqdarda, vəzifəli şəxslər 400 manatdan 500 manatadək miqdarda, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək miqdarda cərimə edilir".

İlkin İzzət
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Kopenhagen"-"Qarabağ" oyununun hakimi bilindi - FOTO

21 Avqust 2017 14:04

Azərbaycanın klassik musiqisi Fransada festivalda - FOTO

21 Avqust 2017 14:03

Putin geyim tərzinin SİRLƏRİNİ AÇIQLADI

21 Avqust 2017 14:03

Bakıda xüsusi işıqforlar quraşdırılıb - VİDEO

21 Avqust 2017 13:59

"Azəri" adlı millət yoxdur, biz kimik?

21 Avqust 2017 13:57

Rusiyalı idmançını döyə-döyə öldürən azərbaycanlı Anar kimdir? - FOTOLAR - VİDEO

21 Avqust 2017 13:54

Türkiyə I Dünya müharibəsindən sonra ilk dəfə... - Terror təşkilatı DƏNİZLƏRƏ ÇIXIR

21 Avqust 2017 13:53

Roza Zərgərlinin oğlu ev qazanmaq üçün bu yola əl atdı – FOTOLAR – ÖZƏL

21 Avqust 2017 13:48

"Kopenhagen" - "Qarabağ" matçı ispanlara tapşırıldı

21 Avqust 2017 13:47

Bakıda borca verdiyi pulu istəyən şəxs borclu tərəfindən döyülüb

21 Avqust 2017 13:47

Kataloniya polisi Barselonada avtomobili insanların üzərinə sürən sürücünün kimliyini müəyyənləşdirib

21 Avqust 2017 13:47

Elxan Abdullayev istefasının səbəbini açıqladı

21 Avqust 2017 13:47

66 yaşlı aktyor gənc qızla biabırçı vəziyyətdə yaxalandı – FOTO

21 Avqust 2017 13:43

Nazpərinin pulla dolu seyfini kim oğurlayıb?

21 Avqust 2017 13:42

ABŞ-dan Rusiyaya qarşı SƏRT ADDIM

21 Avqust 2017 13:33

BAKI: Çılpaq qız "Hummer"dən düşdü və bunu etdi...

21 Avqust 2017 13:29

Fransada avtomobil avtobus dayanacağına girdi - SON DƏQİQƏ

21 Avqust 2017 13:23

Azərbaycan alimlərindən talassemiya xəstəliyi ilə bağlı YENİLİK

21 Avqust 2017 13:23

"Kopenhagen" - "Qarabağ" matçının hakimləri açıqlanıb

21 Avqust 2017 13:22

Könül Xasıyevaya 70 min "pul atan" müğənni barədə - Həbs qərarı

21 Avqust 2017 13:19

Azərbaycanda iki gündə baş verən yol qəzalarında 11 nəfər ölüb

21 Avqust 2017 13:17

Gürcüstan hökuməti “Caspian Energy Georgia”nın yaradılmasını müsbət qarşılayır

21 Avqust 2017 13:17

Yaxın 2-3 gündə hava belə olacaq...

21 Avqust 2017 13:16

Bərdədə qəza törədən sürücü avtomobillə yolun kənarında dayanan insanları vurub

21 Avqust 2017 13:12

Sumqayıtda Regional Mədəniyyət və Turizm İdarəsindən oğurluq olub

21 Avqust 2017 13:12

Kənd təsərrüfatı naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

21 Avqust 2017 13:12

İlham Əliyev Forum iştirakçılarını qəbul etdi

21 Avqust 2017 13:10

Günay Musayeva istirahətdə - FOTOLAR

21 Avqust 2017 13:09

I sinfə gedəcək 42 mindən çox uşağın sənədi məktəbə təqdim edilib

21 Avqust 2017 13:07

Tanınmış sehrbaz qəzada öldü

21 Avqust 2017 13:03

Versal sarayında Cuzeppe Penone ŞEDEVRLƏRİ

21 Avqust 2017 13:03

Bakı sakininin şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib pul alan şəxs saxlanılıb

21 Avqust 2017 13:02

Akif Çovdarovun məhkəməsində Tağı Əhmədovun hüquqi nümayəndəsi çıxış edib

21 Avqust 2017 13:02

Prezident İlham Əliyev Qlobal Gənc Liderlər Forumunda iştirak edən sabiq dövlət və hökumət başçılarını qəbul edib

21 Avqust 2017 13:02

"Neftçi"nin baş məşqçisi istefa verdi

21 Avqust 2017 13:02

Azərbaycanlı alimlər o xəstəliyə çarə tapdı

21 Avqust 2017 12:59

Gəncədə 3 evdən, 6 avtomobildən və qəbiristanlıqdan oğurluq edən şəxs tutulub

21 Avqust 2017 12:57

Elxan Abdullayev: "Son nəticələri "Neftçi”nin böyük tarixinə yaraşdırmadım"

21 Avqust 2017 12:57

Qaradağda “KamAZ”la minik avtomobili toqquşub, ölən və yaralanan var

21 Avqust 2017 12:52

Sentyabrın 1-i, Bakı vaxtı ilə saat 16:06: “Florence” Yer üçün təhlükədirmi?

21 Avqust 2017 12:48

"Bozbaş"ın "Ağsaqqalı" nişanlısı ilə istirahətdə

21 Avqust 2017 12:48

Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvərların yola düşəcəyi tarix açıqlanıb

21 Avqust 2017 12:47

ABŞ-dan Litvaya ilk LNG partiyası daxil olub

21 Avqust 2017 12:47

DOLLAR qıtlığı, "28 May"-da şıdırğı "Qara bazar"

21 Avqust 2017 12:41

Bakıda avtobus sürücüsünü silahla hədələyən şəxsə cinayət işi açıldı - MADDƏ

21 Avqust 2017 12:39

Durğun və rütubətli hava meteohəssas insanlarda narahatlıq yaradacaq - XƏBƏRDARLIQ

21 Avqust 2017 12:38

Məşhur aparıcı efirdən getdi

21 Avqust 2017 12:38

Serbiya Makedoniyadakı bütün diplomatlarını geri çağırıb

21 Avqust 2017 12:37

Moldova hökumətində korrupsiya işi üzrə axtarışlar aparılır

21 Avqust 2017 12:37

Xəyalə ilə xəbər saatı

21 Avqust 2017 12:35