Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda ağır qəza: 3 ölü, 1 yaralı

Bakıda ağır qəza: 3 ölü, 1 yaralı

Date: 3 December 2015 09:27

Bakının Xətai rayonunda ağır qəza olub.

Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda "Nissan" markalı minik avtomobili qəzaya uğrayıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1990-ci il təvəllüdlü Yusifov Samir Rafiq oğlunun, 2 naməlum şəxsin cəsədlərini çıxarmış və 1 nəfəri xilas edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 03:18-də başa çatıb. 

Milli.Az


Tags:  Bakıda ağır qəza ölü yaralı

RƏYLƏR


Top news