Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da atışma nəticəsində 14 nəfər ölüb, 17-si yaralanıb

ABŞ-da atışma nəticəsində 14 nəfər ölüb, 17-si yaralanıb

Date: 3 December 2015 09:52

Bakı. 3 dekabr. REPORT.AZ/ ABŞ-da Kaliforniyanın San Bernardino şəhərində baş verən atışma nəticəsində 14 nəfər ölüb, 17-si yaralanıb.
"Report" CNN-ə istinadən xəbər verir ki, atışma əqli pozğunluqdan əziyyət çəkən insanlara yardım göstərən "Inland" regional mərkəzində olub. Binadan daha öncə girov kimi saxlanılan 30 nəfər çıxıb.
Yerli polis şefinin sözlərinə görə, atışmada şübhəli bilinənlərin biri zərərsizləşdirilib, digəri yaralanıb.
Amma telekanal üçüncü şübhəlinin də olduğunu və onun hələ də azadlıqda gəzdiyini ehtimal kimi irəli sürüb.

Tags:  ABŞ-da atışma nəticəsində 14 nəfər ölüb 17-si yaralanıb

RƏYLƏR


Top news