Müğənnilər klip çəkdirərkən nəyə diqqət etməli? - Vergilər Nazirliyi

Müğənnilər klip çəkdirərkən nəyə diqqət etməli? - Vergilər Nazirliyi
09:56 3 Dekabr 2015
48 Şou
Ölkə mətbuatı
A- A+

Vergilər Nazirliyi son vaxtlar şou-biznesin müxtəlif sahələrində vergi münasibətlərinin tənzimlənməsi barədə materiallar dərc edir.

Axşam.az nazirliyin "Facebook" səhifəsinə istinadən bu dəfə müğənnilərlə klipmeykerlər və səs studiyaları arasındakı vergi münasibətləri haqda yazını təqdim edir:

"Adətən, müğənnilər klip çəkilişlərini, musiqi səsyazmalarını, səsli və video şəklində musiqi albomlarının hazırlanmasını həyata keçirməsi üçün bu xidmətləri göstərən studiyalara müraciət edirlər. Belə studiyalar müğənninin özünə də məxsus ola bilər. Bu halda, müğənni öz studiyasında çalışan fiziki şəxslərlə əmək ödənişləri məqsədilə əmək müqaviləsi bağlamalı, studiyada istifadə olunan avadanlıqların və bütün digər alətlərin alışını rəsmiləşdirməli, həmin avadanlıqlara amortizasiya hesablamalı, studiyada istifadə olunan materialların (disklərin və çəkilişlə bağlı digər xammal və materialların) alışı ilə əlaqədar sənədləşmələri təmin etməlidir.

Lakin çox hallarda müğənnilər başqa peşəkar studiyaların xidmətlərindən istifadə edirlər. Bunun üçün başqa fiziki şəxs (fərdi sahibkar) və ya hüquqi şəxs qismində fəaliyyət göstərən studiyalarla müğənni arasında xidmət müqaviləsi bağlanması zəruridir. Müğənni studiyaya ödədiyi xidmət haqqı üçün kassa mədaxil orderi və ya mədaxil qəbzi, həmçinin xidmətlərin təhvil-təslim edilməsi üçün akt tərtib olunaraq özünə təsdiq üçün təqdim etməsini studiyadan tələb etməlidir ki, bu xərclərin sənədləşdirilməsi təmin olunsun".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41831

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR