Yığmamızın liderləri üçün ilin son yarışı

Yığmamızın liderləri üçün ilin son yarışı
09:57 3 Dekabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+

Dekabrın 19-dan 29-dək Dohada şahmat üzrə "Qatar Masters" turniri keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, mükafat fondu 130 min ABŞ dolları olan yarışda ulduz qrossmeysterlər mübarizə aparacaqlar.

İlin son turnirinə Azərbaycan millisinin liderləri - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da qatılacaqlar. Onların rəqibləri sırasında Maqnus Karlsen (Norveç), Aniş Qiri (Hollandiya), Vladimir Kramnik, Sergey Karyakin, Yevgeni Tomaşevski, Nikita Vityuqov (hamısı Rusiya), Uesli So (ABŞ), Li Çao, Yuy Yani (hər ikisi Çin), Pentala Harikrişna (Hindistan), Radoslav Voytaşek (Polşa), Vey İ (Kitay), Vasili İvançuk, Pavel Elyanov və Ruslan Ponomaryov (hər üçü Ukrayna) da olacaq.

"Qatar Masters"də, həmçinin dünyanın ən yaxşı qadın şahmatçıları və 20 yaşadək zəka sahibləri də mübarizə aparacaqlar. Qalib 9 turun yekununa əsasən müəyyənləşəcək. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR