BDU tələbələrindən növbəti maraqlı layihə

09:58 3 Dekabr 2015
27 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə yeni "BDU ÜÇÜN OXU" videoçarxının təqdimatı keçirilib.

BDU THİK İctimaiyyətlə əlaqələr departamentindən Trend-ə verilən məlıumata görə, tədbirdə THİK sədri Daşqın Qənbərov, Jurnalistika fakültəsi Tələbə Həmkarlar Təşkilatı sədri Azərpaşa Hüseynli, "BDU ÜÇÜN OXU"nun yaradıcı heyəti, o cümlədən layihə rəhbəri Rəşid Mustafazadə, rejissor Kamil Əmirli, stilist Xanım Səfərova, iştirakçılar və digər tələbələr iştirak edib.

Daşqın Qənbərov hər kəsi salamlayaraq BDU THİK-in hər zaman tələbələrin ideyalarının reallaşması üçün yaratdığı şəraitdən söz açıb. O bildirib ki, əsas istiqamətlərdən biri də yaradıcı tələbələrə dəstək verməkdir.

Azərpaşa Hüseynli "BDU ÜÇÜN OXU"nun əsas məqsədi, ərsəyə gəlməsi və ümumillikdə son zamanlar universitetdə həyata keçirilən layihələrdən danışıb.

Rəşid Mustafazadə çıxış edərək layihədə əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib və gələcəkdə də bu cür layihələrin təqdim ediləcəyini dilə gətirib. O, ideyanın yaranması, layihə boyu baş verən müəyyən çətinliklər və maraqlı məqamlara toxunub. Mustafazadə əlavə edib ki, bu işin ərsəyə iştirak edənlərin böyük əksəriyyəti BDU tələbəsidir.

"BDU ÜÇÜN OXU" videoçarxı təqdim edildikdən sonra iştirakçılardan biri, filologiya fakültəsinin II kurs tələbəsi Ataxan Əliyev təşkilatçılara minnətdarlığını bildirərək öz təəssüratlarını paylaşıb.
Sizə sözügedən videoçarxı təqdim edirik:

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2464385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR