Bakıda internet problemi: söndür-yandır, düzələcək...

Bakıda internet problemi: söndür-yandır, düzələcək...
10:05 3 Dekabr 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az-a müraciət edən oxucular bu gün səhər yenə də Bakının müxtəlif yerlərində internetə girişdə problemlə qarşılaşdıqlarını bildiriblər. Onların sözlərinə görə, nə adi telefon xətləri, nə mobil operatorlar vasitəsilə internet xidmətlərindən istifadə etmək mümkün olmayıb.

Məsələ ilə əlaqədar Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən (BTRİB) Milli.Az-a bildiriblər ki, problem yaranmış texniki nasazlıqla bağlı olub. Amma nasazlığın səbəbləri hələlik məlum deyil.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) Milli.Az-a deyiblər ki, yaranmış problemin səbəbləri araşdırılır. Səbəblər tam məlum olandan sonra ictimaiyyətə məlumat veriləcək.

Milli.Az-ın sorğusuna cavab olaraq "Azercell Telecom" şirkətindən isə bildiriblər ki, bu gün səhər saatlarında həqiqətən də internetə girişdə problem yaransa da, artıq o aradan qalxıb. Artıq abunəçilər cihazlarını söndürüb-yandırmaqla yenidən internet xidmətlərindən rahat istifadə edə bilərlər. Problemin səbəbinə gəlincə isə, qeyd edilib ki, problem "Delta Telecom" internet-provayderindən qaynaqlanır.

"Delta Telecom" şirkətindən isə Milli.Az-a bildirilib ki, onlarda internetə girişdə problem yarada biləcək hər hansı hadisə baş verməyib və əgər kiminsə internetə girişi ilə bağlı problemi olubsa da, bunun səbəbi "Delta Telecom"la bağlı deyil. Bununla əlaqədar "Delta Telecom"a provayder şirkətlərindən və mobil operatorların heç birindən bu gün internetdə problemin yaranması ilə bağlı hər hansı şikayət və müraciət daxil olmayıb.

Qeyd edək ki, bu il noyabrın 16-da saat təxminən 16 radələrində "Delta Telecom"un DATA Mərkəzində yanğın baş verib və o vaxtdan etibarən ölkədə bir neçə dəfə internetə girişlə bağlı problem yaşanıb.  

Pünhan
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR