Bakıda dəhşətli qəza: ölənlər var

Bakıda dəhşətli qəza: ölənlər var
10:09 3 Dekabr 2015
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölənlərdən ikisinin meyiti FHN-in xilasediciləri tərəfindən çıxarılıb

Bu gecə Bakıda dəhşətli yol qəzası baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xətai rayonunda "Nissan" markalı minik avtomobilinin qəzaya uğraması barədə müraciət daxil olub.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1990-ci il təvəllüdlü Yusifov Samir Rafiq oğlunun, 2 naməlum şəxsin cəsədlərini çıxarıb və 1 nəfəri xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat saat 03:18-də başa çatıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223728

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR