Gədəbəydə qadın özünü yandırdı

Gədəbəydə qadın özünü yandırdı
10:17 3 Dekabr 2015
102 Digər
Ölkə mətbuatı
A- A+

Gədəbəydə 57 yaşlı qadın intihara cəhd edib.

APA-nın verdiyi məlumata görə, rayonun Şınıx kəndində kənd sakini, 1958-ci il təvəllüdlü Nəsibə Hüseynova yaşadığı evdə üzərinə neft tökərək özünü yandırıb. Qadın dərhal Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Ona bədənin 95 faizinin 2-3-cü dərəcəli yanıq diaqnozu qoyulub. N. Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, N. Hüseynova ailə münaqişəsi zəminində özünü yandırıb.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR