Nazir müavini: "Strateji əməkdaşlıq sazişi ilə bağlı danışıqlara başlamaq məsələsində Aİ ilə Azərbaycan arasında fikir ayrılığı var"

10:32 3 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Nazir müavinin sözlərinə görə, bununla bağlı Azərbaycanla Avropa İttifaqı arasında fikir ayrılığı var: "Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi ondan ibarətdir ki, danışıqların başlaması üçün mandat verilməlidir və müzakirələr aparılmalıdır. Avropa İttifaqının rəhbərliyi isə hesab edir ki, əvvəlcə görüşlər keçirib, ümumi müzakirələr aparılmalıdır, bundan sonra strateji əməkdaşlığın qurulmasına yönələn sazişlə bağlı mandat verilməlidir”.
M.Məmmədquliyevin sözlərinə görə, Azərbaycan bu məsələdə çevik olmalıdır: “Düşünürük ki, onlar 2016-cı ildə gəlsin ki, məsələni müzakirə edək”.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/nazir-muavini-strateji-emekdasliq-sazisi-ile-bagli-danisiqlara-baslamaq-meselesinde-ai-ile-azerbay

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR