Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kərbəladan dönənlar qəzaya düşdülər: ölən və yaralananlar var - FOTO

Kərbəladan dönənlar qəzaya düşdülər: ölən və yaralananlar var - FOTO

Date: 3 December 2015 10:42

Ötən gün Kərbəladan dönən zəvvarları daşıyan mikroavtobus Tehrandan Amol şəhəri istiqamətində hərəkət edərkən dərəyə aşıb, 7 nəfər ölüb, 7 nəfər yaralanıb, 4 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə İranın Mehr agentliyi məlumat verib.

Məlumata əsasən, mikroavtobusda 18 sərnişin olub. Hazırda itkin düşmüş şəxslərin tapılması istiqamətində İranın Qırmızı Aypara Cəmiyyəti və Amol şəhər yanğınsöndürmə idarəsinin əməkdaşları Heraz çayı boyunca axtarışlar aparırlar.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirlir.

Milli.Az






Tags:  Kərbəladan dönənlar qəzaya düşdülər ölən yaralananlar var FOTO


RƏYLƏR


Top news