Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

UNEC-də Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi yaradılıb

UNEC-də Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi yaradılıb

Date: 3 December 2015 10:49

İqtisad Universitetində (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi yaradılıb. Mərkəzin ümumi, təlim, tədris və imtahan haqqında əsasnamələri UNEC-in Elmi Şurasında təsdiq edilib.

ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mərkəzin yaradılmasında məqsəd UNEC-də müasir tələblərə cavab verən mütəxəssislər hazırlamaqdır. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində həyata keçiriləcək tədris prosesinə xarici universitetlərin professor-müəllim heyətinin cəlb edilməsi də planlaşdırılır. Mərkəzdə magistrantların tədrisi 4 dildə - Azərbaycan, ingilis, rus və türk dillərində həyata keçiriləcək.

Bundan başqa UNEC-də hazırda tədris olunan ingilis dilində maliyyə, türk dilində biznesin təşkili və idarə olunması, eləcə də beynəlxalq münasibətlər və diplomatiya, turizm və otelçilik ixtisasları Beynəlxalq Magisitratura və Doktorantura Mərkəzində tədris ediləcək.

Türkiyənin nüfuzlu universitetlərilə əldə edilmiş razılığa əsasən, UNEC-də tədrisi təşkil edilən üç ixtisas - biznesin təşkili və idarə olunması, beynəlxalq münasibətlər və diplomatiya, turizm və otelçilik ixtisasları üzrə təhsil alan magistrlara UNEC diplomu ilə yanaşı Türkiyənin müvafiq universitetlərinin də diplomunun verilməsi nəzərdə tutulub.

Qeyd edək ki,  UNEC-lə ODTÜ, Qazi, Hacettepe, Bilkənd, TOBB universitetləri arasında 2015-ci ilin sentyabrında ikili diploma dair memorandum imzalanıb.

 


Tags:  UNEC-də Beynəlxalq Magistratura Doktorantura Mərkəzi yaradılıb


RƏYLƏR


Top news